/ / Hikmət Babaoğlu: TAP-ın dəstəklənməsi hər şeydən öncə Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən ölçülüb-biçilmiş enerji siyasəti ilə bağlıdır
Hikmət Babaoğlu: TAP-ın dəstəklənməsi hər şeydən öncə Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən ölçülüb-biçilmiş enerji siyasəti ilə bağlıdır
01.08.2018 [09:35]
İtaliyanın Baş naziri Cuzeppe Konte ilə birgə mətbuat konfransı zamanı ABŞ Prezidenti Donald Trampın TAP-la bağlı danışması hər şeydən öncə Azərbaycanın həyata keçirdiyi bu layihənin Qərb üçün nə qədər strateji əhəmiyyətə malik olduğunun göstəricisidir.
Bunu “Trend”ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, nəzərə almaq lazımdır ki, bu layihənin müəllifi, təşəbbüskarı və icraedicisi Azərbaycandır və TAP Cənub Qaz Dəhlizi layihəsinin əsas seqmentlərindən biridir: “Baxmayaraq ki, TAP Cənubi Qafqaz, TANAP seqmentlərilə müqayisədə bir xeyli qısadır, ancaq layihənin Cənubi Avropa ayağını təşkil etdiyi üçün olduqca əhəmiyyətlidir. Təsadüfi deyil ki, zaman-zaman TAP-ın icrası ilə bağlı müxtəlif güc mərkəzləri tərəfindən ən müxtəlif etiraz aksiyaları təşkil edildi, təbiətsevərlər bu etiraza qoşuldular və s. Ancaq hazırda layihənin reallaşdırılmasında heç bir problem yoxdur. Bu layihə bütün dünyada böyük dəstək gördü. Bu, hər şeydən öncə Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən ölçülüb-biçilmiş enerji siyasəti ilə bağlıdır”.
Hikmət Babaoğlu vurğulayıb ki, Avropa enerji bazarına Azərbaycan qazının çıxarılması həm biznes, həm də strateji maraqlar baxımından sadə məsələ deyil: “Çünki bu böyük və sabit bazar bir çox enerji istehsalçılarının maraq dairəsinə daxildir və ciddi rəqabət meydanıdır. TAP-la bağlı etirazların təşkil olunmasının arxasında duranlardan biri də Avropanın qaz bazarında öz inhisarını yaratmaqla bu qitəyə siyasi təzyiq rıçaqları əldə etmək istəyən güc mərkəzləri idi. Ancaq Azərbaycanın düşünülmüş, ardıcıl diplomatik səyləri Avropa bazarı üçün yeni alternativ enerji marşrutu yarada bildi”.
Deputatın fikrincə, əslində, bu layihə Avropa üçün olduğu qədər, Azərbaycan üçün də strateji əhəmiyyətlidir: “Elə ABŞ Prezidentinin İtaliyanın Baş naziri ilə görüşündə səsləndirdiyi fikirlər də bir daha bunu təsdiq edir. Donald Tramp Baş nazirə xitabən bildirdi ki, TAP-a gəlincə, rəqabətqabiliyyətli boru kəməri görmək istəyir. Burada diqqət həm kəmərin strateji əhəmiyyətinə, həm də iqtisadi baxımdan onun rəqabətqabiliyyətli olmasına yönəldilir. Eyni zamanda, burada İtaliyanın Baş nazirinə bir çağırış və dəstək var. Bu həm də elə Azərbaycana olan dəstəkdir. Çünki bayaq qeyd etdiyimiz kimi, uzun illər belə bir dəhlizlə bağlı müxtəlif adlarda və variantlarda layihələr olsa da, heç biri baş tutmadı. Yalnız Azərbaycanın müəllifi olduğu bu mühüm layihə reallaşdırıla bildi. Onun reallaşması isə birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır”.
TAP boru kəməri Cənub Qaz Dəhlizinin Avropa hissəsini təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaqdır. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.
Xəbər lenti
Hamısına baxGündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53

