/ / Sevinc Fətəliyeva: Üçüncü milli peykimizin orbitə buraxılması ölkəmizin dinamik inkişafının göstəricisidir
Sevinc Fətəliyeva: Üçüncü milli peykimizin orbitə buraxılması ölkəmizin dinamik inkişafının göstəricisidir
27.09.2018 [09:24]
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu xarici və daxili siyasət ölkənin iqtisadi potensialının hərtərəfli inkişafının təməlini qoyub. Nəticədə bu gün Azərbaycan dünyada ən sürətli iqtisadi inkişaf tempinə malik dövlətlər sırasında özünəməxsus yer tutur. Azərbaycanın kosmos ölkələri sırasına qoşulması da bu inkişafın əyani nümunəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən dövlət proqramları və əməli tədbirlər iqtisadiyyatın diversifikasiyası və yeni sənaye sahələrinin inkişafı üçün geniş imkanlar açıb. Azərbaycan Hökuməti isə iqtisadiyyatın diversifikasiyası üçün qeyri-neft sektorunun inkişafında yeni və iddialı sahə olan müasir kosmik sənayenin inkişafını qarşıya məqsəd qoyub. Yəni, Azərbaycanda İKT-nin inkişafı ilə bağlı ən prioritet sahələrdən biri kosmik sənayenin inkişaf etdirilməsidir.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanda kosmik sənayenin yaradılması və ölkəmizin fəzaya artıq üçüncü milli peykini çıxarması iqtisadi baxımdan səmərəliliyin artmasına xidmət etməklə yanaşı, iqtisadiyyatın digər sahələrinin inkişafı üçün də stimul deməkdir. Eləcə də telekommunikasiya peykinin orbitə çıxarılması ilə Azərbaycan MDB məkanında Rusiyadan sonra süni peykə malik ikinci ölkə olmaqla regionda bu sahədə mövqeyini daha da möhkəmləndirir. “Bu gün orbitə buraxılan “Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Yeni peyk “Azərkosmos”un xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı, birinci telekommunikasiya peyki - “Azerspace-1” peykinin orbitdəki ehtiyatı olacaq. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək”, - deyə millət vəkili vurğulayıb.
“Azerspace-2” peykinin Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılması münasibətilə Prezident İlham Əliyevin Azərbaycan xalqını təbrik etməsini xüsusi vurğulayan S.Fətəliyeva deyib ki, dövlət başçısı təbrikində kosmos sənayesinin inkişafının əhəmiyyətini qeyd edib. Prezident İlham Əliyevin söylədiyi kimi, bu peyklər, ilk növbədə, Azərbaycanın informasiya təhlükəsizliyi baxımından çox önəmlidir.
“Çox təqdirəlayiq haldır ki, “Azərspace-2” peykimizin orbitə çıxarılması Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, Azərbaycanın dövlət müstəqilliyinə həsr edilir. Bunun çox böyük rəmzi mənası var. Bütövlükdə isə üçüncü milli peykimizin orbitə buraxılması ölkəmizin növbəti böyük uğuru və dinamik inkişafının göstəricisidir”, - deyə S.Fətəliyeva vurğulayıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35

