Eldar İbrahimov: Azərbaycan diplomatiyası növbəti uğurunu qazandı
02.10.2018 [09:10]
“Azərbaycan-Rusiya əlaqələri yüksələn xətlə inkişaf edir. Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 27-də Azərbaycana səfəri yüksək səviyyədə baş tutdu. Bu, Vladimir Putinin Azərbaycana son 5 il ərzində 4-cü səfəri, son 1 ayda isə Azərbaycan Prezidenti İlham Əliyevlə ikinci görüşü idi”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, cənab Putinin səfərinin məqsədi əvvəlcədən elan edildiyi kimi, Azərbaycanda keçirilən cüdo üzrə dünya çempionatını izləmək və IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasiminə qatılmaq olsa da, təbii ki, səfər zamanı iki dövlət başçısının keçirdiyi təkbətək görüşdə digər bir sıra mühüm məsələlər də müzakirə mövzusu oldu. Dövlət başçıları münasibətlərin yüksək səviyyəsindən, əldə edilən iqtisadi, siyasi, ticari, mədəni-humanitar uğurlardan, onların davam etdirilməsindən, əlaqələrin gələcək inkişafından bəhs ediblər. Ən əsası, bu qarşılıqlı mübasibətlərin və əlaqələrin hər iki xalqın və dövlətin mənafelərinə cavab verməsindən məmnunluq ifadə olunub.
YAP İdarə Heyətinin üzvü qeyd edib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində vacib rol oynayır. Onun sözlərinə görə, işğalçı Ermənistanın yeni hakimiyyəti Rusiyaya qarşı səmimi deyil. Buna görə də Rusiyanın bu münaqişənin ədalətli həlli istiqamətində səylərini artıracağı gözləniləndir.
“Bildiyiniz kimi, Tacikistanda keçirilən MDB dövlət başçılarının sammiti çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın baş naziri söhbət ediblər. Söhbət zamanı təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması, danışıqlar prosesinin davam etdirilməsi qərara alınıb. İndiyə qədər Paşinyan Dağlıq Qarabağ separatçılarının danışıqlarda iştirakından danışırdı. Artıq Azərbaycanın güclü mövqeyi nəticəsində o, öz mövqeyindən geri çəkildi. Bu fakt Azərbaycan diplomatiyasının növbəti uğurudur”, - deyə E.İbrahimov vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

