/ / Ümummilli lider Heydər Əliyev Azərbaycan gəncliyini milli inkişafın tükənməz mənbəyi hesab edirdi
Ümummilli lider Heydər Əliyev Azərbaycan gəncliyini milli inkişafın tükənməz mənbəyi hesab edirdi
05.12.2009 [09:28]
Bu gün öz inkişaf tempinə görə regionun lider ölkəsi olan Azərbaycanda bütün sahələr üzrə modernləşmə, tərəqqi müşahidə edilməkdədir. Əlbəttə ki, bu dirçəlişdə cəmiyyətimizin bütün təbəqələrinin özünəməxsus payı var. Heç şübhəsiz ki, bu sırada Azərbaycanın aparıcı qüvvəsi olan gənclər xüsusi olaraq fərqlənir...
Etiraf edilməlidir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi islahatlar, quruculuq siyasətində gənclərə xüsusi yer ayrılıb. Hazırda bütün sahələrdə xüsusi fəallıqları ilə seçilən gənclər cəmiyyətin məsul və şərəfli yükünü öz çiyinlərində daşıyırlar. Eyni zamanda, torpaqlarının bir hissəsi Ermənistan tərəfindən işğal edilən Azərbaycanda ölkənin müdafiəsi kimi ağır bir yük də, əsasən, gəncliyin çiynindədir. Bir tərəfdən cəbhədə dövlətimizin suverenliyi və ərazi bütövlüyünün keşiyində dayanan gənclik, digər tərəfdən, təhsil alır, peşəkar kadrlara çevrilir. Bu doğru tendensiyadır, çünki bu günün gəncliyi sabah həyati qərarlar verəcək bir təbəqədir...
Beynəlxalq miqyaslı kütləvi idman və elm yarışlarında Azərbaycanın bayrağını yüksəklərə qaldıran da gənclərimizdir. Təbii ki, bu uğurların kökündə Azərbaycan gənclərinə dövlət səviyyəsində göstərilən xüsusi qayğı dayanır.
Gənclərə dövlət qayğısından, həyata keçirilən gənclər siyasətindən danışarkən ilk növbədə Ulu öndər Heydər Əliyevin bu istiqamətdə atdığı məqsədyönlü addımlara toxunmaq lazımdır. Məlum olduğu kimi, ümummilli lider Heydər Əliyev hələ Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə, yəni, ötən əsrin 70-80-ci illərində də Azərbaycanda gənclərin inkişafına, öz potensialını həyata keçirməsi üçün gənclərə şərait yaradılmasına daim diqqət yetirirdi. Heydər Əliyevin təşəbbüsü ilə gənclərin yüksək elm və biliklərə yiyələnməsi üçün bir neçə yeni ali məktəb, bir çox orta ixtisas məktəbləri açılmış, minlərlə azərbaycanlı gənc oğlan və qızlarımız müasir ixtisaslar üzrə keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərində oxumağa göndərilmişdir. Milli zabit kadrların hazırlanması üçün xüsusi hazırlıq məktəbi açılmış, ali hərbi məktəblərdə gənc soydaşlarımızın təhsil alması üçün əlverişli şərait yaradılmışdır. Əməkdə və ictimai işdə fərqlənən gənclər irəli çəkilmişdir. Təsadüfi deyil ki, bugünkü Azərbaycanın elmi potensialının böyük bir hissəsi məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü sayəsində formalaşıb və həmin insanların çiyinləri üzərində qərar tutmaqdadır.
Bir sözlə, Ulu öndər Heydər Əliyev Azərbaycanın inkişafını heç vaxt gənclərsiz təsəvvür etmir, gəncliyin parlaq zəkasını, qaynar və tükənməz enerjisini doğma Vətənimizin hərtərəfli yüksəlişinə səfərbər edirdi...
çox təəssüflər ki, müstəqilliyimizin ilk illərində səriştəsiz siyasətçilər zor tətbiq etməklə hakimiyyət sükanını ələ keçirərək, dövlətçiliyimizi uçurum kənarına atdılar. Şəxsi maraqlarını milli mənafelərdən üstün tutan qaragüruhçular bütövlükdə ölkəni xaosa sürüklədilər. Həmin vaxt cəmiyyətin bütün təbəqələri kimi, gənclər də dünyada gedən proseslərdən kənar qalmışdılar. Bir sözlə, gənclərimiz dünya miqyasında gedən elmi-texnoloji inkişaf tendensiyasından uzaq düşməklə özlərini inkişaf etdirə bilmirdilər...
Amma rəhbərlikdə olduğu bütün dövrlərdə Azərbaycan gəncliyinin inkişafı, dünyaya inteqrasiyası üçün yaddaqalan addımlar atan Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə ikinci dəfə qayıtdıqdan sonra da gənclərə olan qayğısını davam etdirdi. 1993-cü ilin iyun ayında Azərbaycan parlamentinin sədri seçiləndən sonra ölkə gənclərinin bir qrup nümayəndəsi ilə görüşən Ulu öndərin həmin görüşdəki çıxışı həm ölkə daxilindəki, həm də xaricdəki qüvvələrə təsirli bir mesaj oldu: “Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik”.
Ulu öndərin bu çıxışını özünün fəaliyyət istiqaməti seçən, Heydər Əliyevdən böyük inam və etimad görən Azərbaycan gəncliyi tezliklə dövlətin və Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşdi. 1994-cü ildə Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Gənclər və İdman Nazirliyinin yaradılması isə gənclərimizin dövlət quruculuğu prosesindəki iştirakına əsaslı təkan vermiş oldu. Əksər ekspertlərin də qeyd etdikləri kimi, əslində, Ulu öndər Heydər Əliyevin bu addımı Azərbaycanda gənclər siyasətinin sistemli şəkildə həyata keçirilməsinə təminat verirdi. Ekspertlər onu da qeyd edirlər ki, Ulu öndər Heydər Əliyevin gənclərə qayğısı geniş və əhatəli idi. Bu, həm gənclərin təhsil almasında, həm onların qarşılaşdıqları problemlərin aradan qaldırılması istiqamətində görülən işlərdə, həm də gənclərin dövlət orqanlarına işə qəbulunda özünü göstərirdi. Nəticədə isə gənclər dövlətin qayğısını hiss etməklə yanaşı, quruculuq prosesində daha yaxından iştirak etməyə başladılar...
Ulu öndər Heydər Əliyevin diqqəti və qayğısı sayəsində gənclərimizin müxtəlif dövlət vəzifələrində çalışmasına şərait yaradıldı. ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyası ətrafında sıx birləşmiş gənclər daha mütəşəkkil şəkildə təşkilatlandılar. 1995-ci ildə Azərbaycanda yaranmış Gənclər Təşkilatlarının Milli Şurası 2000-ci ilin aprel ayında Avropa qitəsində ən nüfuzlu qeyri-hökumət təşkilatı olan Avropa Gənclər Forumuna tamhüquqlu, 2002-ci ilin yanvar ayında isə BMT-nin İqtisadi və Sosial Şurasına müşahidəçi kimi üzv seçildi. Prezident İlham Əliyevin YAP-ın II qurultayında partiya Sədrinin birinci müavini vəzifəsinə seçilməsi isə gənclərimizdə böyük ruh yüksəkliyi yaratdı...
Ulu öndər Heydər Əliyev, eyni zamanda, yeni nəslin müstəqil ölkəyə layiq tərbiyələnməsi və təhsil alması üçün təhsildə və mənəvi sferada islahatların həyata keçirilməsinə rəhbərlik edirdi. Məhz həmin ərəfədə gəncliyin mənəvi yetkinlik qaynağı olan azərbaycançılıq ideologiyası düşüncələrə hakim kəsildi. ümummilli lider bu məsələni nəzərdə tutaraq deyirdi: “Hər bir gənc Azərbaycanın müstəqil gələcəyini təmin etmək üçün Vətəni sevməlidir, ölkəni sevməlidir, torpağı sevməlidir, xalqımızı sevməlidir, millətimizi sevməlidir, dilimizi sevməlidir, dinimizi sevməlidir, milli ənənələrimizi sevməlidir”.
Onu da qeyd etmək yerinə düşər ki, müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında Ulu öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I Forumu xüsusi rol oynadı. 1996-cı il fevralın 2-də keçirilən forum ümummilli lider Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi oldu. Ulu öndərin həmin forumdakı çıxışı gənclərimiz üçün bir çağırış rolunu oynadı: “Gənclər özlərini Azərbaycanın gələcəyi naminə layiqincə hazırlamalıdırlar. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir. Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən ibarət olmalıdır”.
Təsadüfi deyil ki, məhz həmin vaxt, yəni, 1996-cı ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə 2 fevral Gənclər Günü kimi Azərbaycan tarixinə düşdü. Bu, Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının daha bir nümunəsi idi.
ümummilli liderin gənclər siyasəti gənc nəslin inkişafı və onların potensialından cəmiyyətin inkişafı üçün istifadə edilməsində özünü göstərirdi. Heç kəsə sirr deyil ki, bu ənənə Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilməkdədir. 2007-ci ilin Azərbaycanda “Gənclər ili” elan olunması, Prezident İlham Əliyevin təşəbbüsü ilə çoxlu sayda istedadlı gənclərin dövlət qulluğuna işə qəbulu, istedadlı gənclərimizin Avropanın nüfuzlu ali məktəblərində təhsil almaları üçün böyük əhəmiyyət kəsb edən Dövlət Proqramının qəbul edilməsi deyilənlərin əyani təsdiqidir. Prezident İlham Əliyevin Azərbaycan gənclərinin IV forumundakı çıxışı isə gənclərimizdə sabaha olan inamı daha da artırıb: “Mən belə hesab edirəm ki, gənclər irəliyə daha inamla getməlidirlər, müvafiq dövlət, hökumət orqanlarında gənclərə böyük yer ayrılmalıdır, onlara inam olmalıdır. çünki bugünkü gənc sabah ölkəmizi idarə edəcəkdir”.
Həmçinin, Prezident İlham Əliyev “Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı” İctimai Birliyinin təsis konfransına göndərdiyi məktubunda gənclərimizin gələcək missiyasını da göstərib: “Siz gənclər müstəqil Azərbaycanda həyata göz açmış nəslə mənsub insanlar olaraq azad ölkənin azad vətəndaşları kimi böyüyüb başa çatmağınızla fəxr etməlisiniz, müstəqilliyin qazanılmasında xidmətlər göstərmiş insanların müasirləri olmaqdan qürur hissi keçirməlisiniz. Eyni zamanda, sizin qarşınızda böyük vəzifələr dayanır. Bu isə ölkəmizin qüdrətinin daha da artırılması, xalqımızın rifah halının yaxşılaşdırılması naminə günün tələblərinə cavab verən bilik və bacarıqlara yiyələnmək tələbini irəli sürür. Qloballaşan və sürətlə dəyişən dünyanın reallıqları ən yeni texnologiyaların sirlərini mənimsəməyi, onlardan çevik faydalanmağı olduqca aktual edir. İnformasiya cəmiyyətinin qurulması yolunda uğurlu addımlar atan Azərbaycan sizin simanızda milli-mənəvi dəyərlərimizi, ana dilimizi, adət-ənənələrimizi qoruyub yaşadan və ümumbəşəri ideyaları mənimsəyərək dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya proseslərinə töhfələr verməyə hazır olan nəslin nümayəndələrini görür. Sizin ahəngdar surətdə hərtərəfli şəxsiyyət kimi yetişməyiniz üçün ölkəmizdə hər cür şərait vardır. Bu gün Azərbaycan qüdrətli dövlətdir. Onun iqtisadiyyatı, mədəniyyəti, təhsili dinamik inkişaf edir. Azərbaycanın gələcəyi məsuliyyətli qərarlar qəbul etməyə, milli mənafeləri qorumağa və zamanın çağırışlarına cavab verməyə qadir mütəxəssislərdən asılı olacaqdır. Biz bu kadrların hazırlanması məqsədi ilə ölkəmizdə təhsilin səviyyəsini yüksəltməklə yanaşı, gənclərin xaricdə ən vacib ixtisaslar üzrə ali təhsil almasını nəzərdə tutan Dövlət Proqramını həyata keçiririk”.
Yekun olaraq söyləmək olar ki, gənclər özlərini Azərbaycanın gələcəyi naminə layiqincə hazırlamalıdırlar. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir. Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycanın inkişafına həsr etməkdən ibarət olmalıdır.
Xəbər lenti
Hamısına baxSosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Analitik
29 Oktyabr 09:13
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30

