/ / Azərbaycanın və Qazaxıstanın Baş nazirləri Aktauda iki ölkə arasında fiber-optik rabitə xəttinin təməlqoyma mərasimində iştirak ediblər
Azərbaycanın və Qazaxıstanın Baş nazirləri Aktauda iki ölkə arasında fiber-optik rabitə xəttinin təməlqoyma mərasimində iştirak ediblər
20.11.2019 [10:14]
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov və Qazaxıstan Respublikasının Baş Naziri Askar Mamin noyabrın 19-da Aktau şəhərində Xəzər dənizinin dibi ilə iki ölkə arasında fiber-optik rabitə xəttinin inşasına başlanması ilə bağlı keçirilən təməlqoyma mərasimində iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Avropa ilə Asiya arasında tarixi İpək Yolunun üzərində yeni Rəqəmsal İpək Yolunu formalaşdıracaq bu layihə Azərbaycanın, Qazaxıstanın, eləcə də Asiya regionunun digər ölkələrinin internet xidməti ilə təmin edilməsində mühüm rol oynayacaqdır. Fiber-optik rabitə xəttinin inşası hər iki ölkənin rəqəmsal infrastrukturunun güclənməsinə, onların arasında rabitə sahəsində əlaqələrin genişlənməsinə təsir edəcək, eləcə də regionda genişzolaqlı bağlantı xidmətlərinin inkişafına, daha böyük həcmli məlumatların ötürülməsi və region ölkələrinin internet xidməti ilə daha dayanıqlı şəkildə təmin olunmasına öz töhfəsini verəcəkdir. Bu nəhəng layihə çərçivəsində 380-400 kilometr uzunluğunda fiber-optik rabitə xəttinin çəkilişini Azərbaycanın rabitə operatoru “Azərtelecom”, Qazaxıstanın “Transtelekom” və “KazTransCom” şirkətləri həyata keçirəcəklər. Rabitə xəttinin inşası 2021-ci ilin sonuna qədər tamamlanacaq. Xəttin məlumat ötürmə qabiliyyəti saniyədə 4-6 terabit təşkil edəcək.
Baş Nazir Əli Əsədov Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin inşasının həm Azərbaycanın, həm də Qazaxıstanın yeni tarixində əlamətdar hadisələrdən biri olduğunu qeyd edib və iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da sürətli inkişafına öz töhfəsini verəcəyini bildirib.
Baş nazirlər iki ölkə arasında ticarət, iqtisadi, investisiya, nəqliyyat və logistika, kənd təsərrüfatı, kosmik və mədəni-humanitar sahələrdə əməkdaşlığın vəziyyəti və perspektivlərini də müzakirə ediblər.
Xəbər lenti
Hamısına baxSosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10

