Qələbəmizin kökündə duran əsas məqamlardan biri gənclərimizin vətən sevgisi idi - Deputat
18.01.2021 [18:04]
Sentyabrın 27-də işğalçı Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusunun başladığı hərbi əməliyyatlar sonda torpaqlarımızın azad olunması və düşmənin kapitulyasiya aktını imzalaması ilə nəticələndi. Heç şübhəsiz Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsinın əsas qəhrəmanı cənab Ali Baş Komandan İlham Əliyevdir. Məhz cənab Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 44 günlük müharibənin hər bir gününü tariximizə qələbə günü kimi yazdı.
Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, bu müharibə bir sıra məqamları ilə yadda qaldı. Əvvəlla bütün dünya bir daha Azərbaycanın gücünü gördü, ölkəmizdəki Prezident-Ordu-Xalq birliyinin şahidi oldu. Eyni zamanda həm düşmənlərimiz, həm də onların havadarları Azərbaycanın qüdrətli, yenilməz orduya sahib olduğunu gördü: “44 günlük Vətən müharibəsində ordumuzun misilsiz qalibiyyətinin, o cümlədən Şuşa qələbəsinin kökündə duran əsas məqamlardan biri ordu sıralarında olan gənclərimizin vətən sevgisi ilə bağlı idi. Cənab Prezidentin bu günlərdə Şuşaya səfəri zamanı bəyan etdiyi kimi Vətən sevgisi bizi Qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi”.
Açıqlamasında bütün nəsillərdən olan vətəndaşların bu Qələbədə böyük zəhmətinin olduğunu deyən deputat əlavə edib ki, ancaq əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi: “Bu haqq savaşımız bir daha sübut etdi ki, Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış, öz torpağı, vətəni uğrunda qanından keçməyə belə hazır olan gənclər var. Bunu da birmənalı olaraq vurğulayım ki, 44 günlük Vətən müharibəsində Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir. Yəni, tarixi qələbəmizin əldə edilməsində əsas yükü, əsas vəzifəni məhz cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 17 il ərzində yetişən gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların ötən 17 il ərzində məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”.
44 günlük Vətən müharibəsuində ölkəmizdəki bütün etnik qrupların nümayəndələrinin, bütün dinlərin nümayəndələrinin bir yumruqtək birləşdiyini də deyən Vüqar İskəndərov onu da əlavə edib ki, bu haqq savaşında qələbəmizin rəmzi təsadüfən yumruq seçilməyib: “Cənab Prezidentin Cıdır düzündə bir daha bəyan etdiyi kimi bu yumruq, həm gücdür, həm birlikdir. Onsuz da bizdə birlik kifayət qədər yüksək səviyyədə idi, bundan sonra daha da güclü olacaq. Birliyi olan ölkələr qələbə qazanırlar. İradəli olan liderlər qələbə qazanırlar. Heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderlər qələbə qazanırlar. Azərbaycanın timsalında bunu hər kəs gördü”.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

