/ / Azərbaycan müstəqilliyinin 30-cu ilinə yalnız regionda deyil, bütün dünyada çəkisi və rolu artan güclü dövlət kimi daxil olur
Azərbaycan müstəqilliyinin 30-cu ilinə yalnız regionda deyil, bütün dünyada çəkisi və rolu artan güclü dövlət kimi daxil olur
26.05.2021 [09:33]
Azərbaycan əlamətdar tarix ərəfəsindədir. Ölkəmiz öz müstəqilliyinin 30-cu ilini qarşılamağa hazırlaşır. Respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edərək tarixi nailiyyətlər qazanır. Xarici ölkələrin və beynəlxalq təşkilatların rəhbərlərinin 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları ünvanlamaları respublikamızın və onun Liderinin beynəlxalq miqyasda nüfuzunun artmasını əyani şəkildə təsdiqləyir. Azərbaycan müstəqilliyinin 30-cu ilinə artıq yalnız regionda deyil, ümumilikdə dünyada çəkisi və rolu artan, bütün sahələrdə sürətli tərəqqiyə nail olmuş, öz milli maraqlarının müdafiəsində və tarixi ədalətin bərpa edilməsində uğur qazanmış dövlət kimi daxil olur.
Dünya ölkələri müxtəlif sahələrdə Azərbaycanla əməkdaşlığa böyük maraq göstərirlər
Üç onillik dövlət quruculuğu baxımından elə də böyük zaman kəsiyi deyil. Ancaq qısa müstəqillik tarixində respublikamız həyatın bütün sahələrində möhtəşəm uğurlara imza atıb. Ötən dövrdə Azərbaycanın özünün iqtisadi müstəqilliyini tam təmin etməsi böyük nailiyyətdir. Otuz il ərzində milli iqtisadiyyatımız 3 dəfədən çox genişlənib ki, bu da bütün dünya üzrə ən yaxşı göstəricilərdən biridir. Qısa müstəqillik tarixində ölkəmiz güclü iqtisadi zəmin üzərində həmçinin özünün siyasi müstəqilliyini təmin edib. Son 17 ildə Prezident İlham Əliyev bütün səviyyələrdə ölkəmizin milli maraqlarını qətiyyətlə qoruyub. Dünyada nüfuzu getdikcə artan Azərbaycan beynəlxalq münasibətlərdə önəmli rol oynayır, qlobal iqtisadi və humanitar layihələrdə liderlik keyfiyyətləri nümayiş etdirir.
28 May - Respublika Günü münasibətilə Azərbaycanın dövlət başçısının ünvanına gələn məktublardan da göründüyü kimi, hazırda dünya ölkələri müxtəlif sahələrdə Azərbaycanla əməkdaşlığa böyük önəm verirlər. Məsələn, ABŞ Prezidenti Co Baydenin məktubunda ötən il Cənub Qaz Dəhlizinin işə salınması, bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənilməsinə dair Anlaşma Memorandumunun imzalanması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfə xüsusi olaraq diqqətə çatdırılıb. ABŞ-ın dövlət başçısı Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubunda respublikamızın NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyi yüksək dəyərləndirib.
Azərbaycanın qlobal pandemiyaya qarşı beynəlxalq səylərin əlaqələndirilməsi təşəbbüsləri bütün dünyada böyük rəğbətlə qarşılanıb
Azərbaycan özünün milli maraqlar üzərində qurulan siyasətini daim qlobal miqyasda meydana çıxan aktual çağırışlarla əlaqələndirir. Bu baxımdan, ölkəmizin, şəxsən Prezident İlham Əliyevin qlobal pandemiya şəraitində irəli sürdüyü bir sıra təşəbbüslər də təqdirəlayiqdir. Əlamətdar haldır ki, Azərbaycanın qlobal pandemiya şəraitində beynəlxalq həmrəyliyin gücləndirilməsini hədəfləyən təşəbbüsləri bütün dünyada böyük rəğbətlə qarşılanıb. Məsuliyyətli dövlət olan Azərbaycan COVID-19-a qarşı milli səviyyədə ciddi mübarizə apardığı kimi, qlobal həmrəyliyin güclənməsinə də öz töhfələrini verdi. Belə ki, respublikamız Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü ianə etdi, 30-dan çox ölkəyə maddi dəstək göstərdi. Bundan başqa, Azərbaycanın təşəbbüsü əsasında Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşləri, həmçinin BMT Baş Assambleyasının Xüsusi sessiyası keçirildi. Dünya dövlətlərinin bir araya gəldiyi həmin tədbirlərdə qlobal pandemiya ilə mübarizənin aktual məsələləri müzakirə olundu. Dünya dövlətlərinin liderlərinin 28 May - Respublika Günü münasibətilə dövlətimizin başçısına ünvanladıqları məktublarda Azərbaycanın qlobal pandemiyaya qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsinə yönələn təşəbbüsləri yüksək dəyərləndirilib. Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer öz məktubunda vurğulayıb ki, bizi, həmçinin dünyada COVID-19 pandemiyasına qarşı mübarizədə birgə səylərimiz birləşdirir. Çin Xalq Respublikasının Sədri Si Cinpin də Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubunda COVID-19 pandemiyasına qarşı birgə mübarizədə əldə olunan nəzərəçarpacaq nəticələrdən bəhs edib. Çin lideri, həmçinin “Bir kəmər, bir yol” müştərək layihəsi üzrə ölkələrimizin əməkdaşlığının dərinləşməkdə davam etdiyini vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

