Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sarkisyanın “sənəd oyunu” nəyə hesablanıb?

Sarkisyanın “sənəd oyunu” nəyə hesablanıb?

03.02.2022 [09:56]

Taleh Ağaverdiyev

Vəzifəsini və hakimiyyətə qayıtmaq ümidini itirən Ermənistanın keçmiş prezidenti, terrorçu və quldur Serj Sarkisyan tamamilə psixoz vəziyyətinə düşərək açıqlamalar verməyə başlayıb. “Armnew” telekanalına müsahibəsində guya onun “erməni xalqının maraqlarını müdafiə etdiyini” və “Azərbaycanın daim danışıqları pozduğunu”  sübut edən müəyyən sənədlərin, həmsədrlərin bütün açıqlamalarının olduğunu bildirib. O, bunları dərc edə biləcəyini, lakin bunu Ermənistanın baş naziri Paşinyanın etməsinin daha düzgün olacağını bildirib. Həmçinin bu, guya Minsk qrupunun Ermənistana etimadını sarsıda bilər. Qeyd etmək lazımdır ki, müsahibə, əslində, Ermənistanın hazırkı hakimiyyətinə qarşı ittihamları, Azərbaycana qarşı əsassız iddiaları, öz vətəndaşları və dünya ictimaiyyəti üçün nəzərdə tutulan dezinformasiyanı ehtiva edən xaotik bir söz toplusudur.

Belə ki, baş nazir Nikol Paşinyanın Madrid prinsipləri və Kazan sənədi ilə bağlı bəyanatını şərh edən Sarkisyan qeyd edib ki, “ATƏT-in Minsk qrupunun təklifi əsasında problem kompromislər əsasında həll edilməli idi. Dağlıq Qarabağ isə Muxtar Vilayətinin statusunu almalı idi və Azərbaycanın tərkibində ola bilməz”. Amma o, dərhal özünü düzəltdi: “Bağışlayın,  “ola bilməz” deyil - bunu deməmişdilər, amma bu nəzərdə tutulurdu”. Yəni faktiki olaraq, Sarkisyan Ermənistan rəhbərliyinin arzularını reallıq kimi qələmə verdiyini etiraf etdi. Onun sözlərinə görə, Kazan sənədinə əsasən, Qarabağ separatçılarının təmsilçisinin də danışıqlarda iştirakının bərpası nəzərdə tutulmuşdu.

Kazan görüşündə danışıqlar prosesinin bəzi aspektlərini açıqlayan Sarkisyan bunu təhrif olunmuş formada şərh edir. O, hamını inandırmağa çalışır ki, praktiki olaraq Minsk qrupunun həmsədrlərinin ermənilərə dəstəyinə nail olub və statusun müəyyənləşdirilməsi üçün Qarabağda referendum keçirmək üçün bütün tərəflərin razılığını ala bilib, amma “yenə də Azərbaycan danışıqları pozub”.

O, Paşinyanı danışıqlar prosesini başa düşməməkdə günahlandırır, lakin müsahibəsində dediyi cəfəngiyata əsaslansaq, eyni şeyi Serjikin özü haqqında da demək olar: “Mən çox açıq şəkildə demək istəyirəm: bu bəyannamə Kazanda imzalanmasa və qəbul edilməsə də, işçi sənəd adlanan sonuncu sənəd idi. Və mən bunu demişəm və yenə də təkrar edirəm - işçi sənəd tərəflərin müzakirə üçün əsas kimi qəbul etdiyi sənəddir, onun üzərində uzun müddət danışıqlar aparılır və sonra ya imzalanır, ya da imzalanmır. O sonuncu idi. Bu, bir məqam. İkincisi, Kazan danışıqlarından, Kazan sənədlərindən sonra həmsədrlər tərəfindən heç bir sənəd, təklif olmadı ki, orada Kazan sənədində olan bütün müddəalar bu və ya digər şəkildə qorunsun. Çünki Kazan sənədi Madrid prinsiplərinin məhsuludur. Təbii ki, bəzi məsələlərdə aydınlaşdırılan, düzəldilmiş və s. Belə bir sənəd yox idi. Biz də razılaşmadıq. Ümumiyyətlə, Kazandan sonra heç bir sənədlə razılaşmadıq və fikir bildirmədik. Biz belə deyirdik: biz sizin razılığınızı almış Kazan sənədini imzalamağa hazır idik, əgər sizdə hər hansı bir dəyişiklik varsa, Azərbaycanla razılaşdırın və əgər azərbaycanlılar bu təklifləri əsas götürmək üçün konkret dəyişikliklərinizlə razılaşsalar, onda biz cavab verəcəyik”.

Bu, daha çox sərxoş, yaxud siyasi sayıqlığını itirmiş adamın uyğunsuz nitqinə bənzəyir. Əvvəlcə Kazan sənədini sonuncu işçi sənəd adlandırır, sonra bildirir ki, Azərbaycan onu qəbul etmədiyi üçün belə bir sənəd olmayıb. O, Ermənistanın da buna razılıq vermədiyini etiraf edir, amma dərhal “daha doğrusu, biz  nə qarşı deyildik, nə də razılaşmadıq” üslubunda özünü gülünc şəkildə düzəltməyə çalışır. Həmçinin Ermənistanın üçüncü prezidenti bildirir ki, Kazan danışıqlarından sonra həmsədrlər tərəfindən heç bir təklif olmayıb, faktiki olaraq Minsk qrupunun bir iş görmədiyini ifadə edir. Lakin ondan bu razılaşmaların olub-olmadığı soruşulduqda Sarkisyan qeyd edir: “Bəli, lakin hər dəfə Azərbaycan bu təklifləri əsas götürməkdən imtina edirdi”. Hansı təklifləri? Axı o özü bildirir ki, heç bir təklif olmayıb...

Paşinyanın Ermənistan və Azərbaycanın heç vaxt referendumun şərtləri ilə bağlı razılığa gələ bilməməsi barədə bəyanatını şərh edən Sarkisyan  bildirir: “Bəli, ona görə ki, bizim bununla bağlı razılığa gəlmək üçün xüsusi istəyimiz yox idi və mən demişəm və indi də təkrar edirəm ki, Azərbaycan bəlkə də heç vaxt referenduma razılıq verməzdi”. Eyni zamanda, o, əlavə edir ki, “bu sənədlərdə, əsas prinsiplərə aid olan təkliflərdə siz heç bir yerdə, heç bir sənəddə, problemin yekun həllinə qədər azərbaycanlıların Dağlıq Qarabağ ərazisinə qayıtmasına işarə edən hətta eyham belə görməyəcəksiniz”.

Azərbaycanın belə “yaxşı” şərtlərlə razılaşmaması təəccüblü deyilmi?

Kazandakı danışıqlar prosesi və görüşlərlə bağlı nağılları yayaraq, beynəlxalq hüququn bəzi terminləri ilə hoqqabazlıq edən Sarkisyan növbəti dəfə faktları təhrif edir və beynəlxalq ictimaiyyəti yanlış məlumatlandırır, Azərbaycan tərəfini danışıqlar prosesini pozmaqda ittiham etməyə çalışır. Sarkisyan Ermənistan tərəfinin son anda 5 rayonun azad edilməsi ilə bağlı ilkin razılaşmalardan imtina edərək ölkəsinin silahlı qüvvələrinin yalnız işğal olunmuş Ağdam və Füzuli rayonlarının bir hissəsindən (onların tam demilitarizasiyası şərti ilə) çıxarılmasını təklif etməsi barədə susur. Yəni Ermənistan elə tələblər irəli sürdü ki, onlar qəbul edilsəydi, Ermənistan silahlı qüvvələri faktiki olaraq öz mövqelərində qalacaqdı, Azərbaycan Ordusu isə yeni mövqelərə irəliləyə bilməzdi. Təbii ki, Sarkisyanın bu cür fırıldaqçı hərəkətləri bu variantı müzakirə etməkdən qəti şəkildə imtina edən və Kazan görüşünü tərk edən Azərbaycan tərəfindən qəbul edilə bilməzdi. Prezident İlham Əliyev o vaxt Sarkisyanı yerinə oturdaraq başa saldı ki, Azərbaycanın ərazi bütövlüyünə zidd olan heç bir şeyi müzakirə etmək niyyətində deyil.

Müsahibəsində Serjik hamını inandırmağa çalışır ki, Ermənistan tərəfi həmişə ATƏT-in Minsk qrupu həmsədrlərinin təklifləri ilə razılaşıb, Azərbaycan isə münaqişənin həlli üçün daim öz variantlarını təklif edir və ya ondan imtina edir. Görünür, unudub ki, söhbət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisindən gedirdi. Bütün dünya Ermənistanın işğal etdiyi bütün əraziləri həmişə Azərbaycan torpağı kimi tanıyıb. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini də xatırlatmaq  olar. Axı orada açıq-aydın yazılmışdı ki, erməni silahlı birləşmələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir. Bunların heç biri edilmədi.

Sarkisyan unudub ki, hər dəfə həmsədrlərin vasitəçiliyi ilə danışıqlarda tərəflər nəyisə razılaşdıranda Ermənistan dərhal daxili siyasi çətinlikləri bəhanə edərək bu sazişlərə baxılması üçün vaxt istəyib, sonra isə separatçıların razılaşmaması bəhanəsi ilə onlardan imtina edib. Halbuki hamı yaxşı bilirdi ki, separatçıların özləri heç nəyə qərar vermir, onlar Serjikin marionetləri olub, nə deyilirdisə, onu da edirdilər.

Referendumla bağlı məsələyə gəlincə, burada da Sarkisyan həmişə olduğu kimi, yalan danışır. O yaxşı bilir ki, Azərbaycan Konstitusiyasına görə, referendum dövlətin bir hissəsində deyil, yalnız bütün Azərbaycan ərazisində keçirilə bilər. Bundan başqa, Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.

Buna görə də Serjikin bütün bu hekayələrini “nağıl”dan və açıq-aşkar yalandan başqa bir şey adlandırmaq olmaz. Müsahibəsində tarixi saxtalaşdırmağa çalışan Sarkisyan özü də fərqinə varmadan bir daha təsdiqlədi ki, nüfuzlu xarici qüvvələrin hər hansı təzyiqlərinə baxmayaraq, Prezident İlham Əliyevin münaqişənin sülh yolu ilə həllinə dair mövqeyi qəti idi, dəyişməz olaraq qaldı və bu, sonradan İkinci Qarabağ müharibəsində Qələbənin açarı oldu.

Paylaş:
Baxılıb: 821 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31