Çağırışlar artır - Ermənistana təzyiq gücləndirilməlidir!
16.02.2022 [10:37]
Nurlan QƏLƏNDƏRLİ
Metsamor AES bağlanmalıdır!
Son zamanlar müzakirə mövzusuna çevrilən məsələlərdən biri Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyasının (AES) ciddi təhlükə mənbəyi olaraq qalmasıdır. Yeri gəlmişkən, Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan deputat Yaşar Karadağ parlamentdə çıxışı zamanı Ermənistan-Gürcüstan sərhədində baş verən və qardaş ölkədə hiss edilən 5,3 bal gücündə zəlzələyə diqqət çəkərək Metsamor AES-in dərhal bağlanmasına çağırıb. O qeyd edib ki, AES-də baş verəcək hər hansı qəza avtomatik olaraq radiasiya fonunu artıracaq, eləcə də xərçəng xəstəliyinin də artmasına səbəb olacaq.
Nüfuzlu beynəlxalq təşkilatlar dünyanın ən təhlükəli nüvə stansiyası elan edilən “Metsamor” AES-in ömrünü başa vurduğunu bəyan edirlər. Hətta bir müddət əvvəl Avropa Komissiyasının Ermənistanla tərəfdaşlıq sazişinin icrası barədə işçi qrupunun hesabatında qeyd edilmişdi ki, Ermənistanın Metsamor şəhərində yerləşən atom elektrik stansiyası tezliklə bağlanmalı və təhlükəsiz şəkildə istismardan çıxarılmalıdır.
Şübhəsiz ki, “Metsamor” AES ciddi potensial regional fəlakət mənbəyidir, zəruri təhlükəsizlik tələblərinə cavab vermir. Bir neçə il öncə Ermənistan dünya ictimaiyyətinin AES-in fəaliyyətini dayandırmaq tələblərini qulaqardına vuraraq istifadə müddətini 2026-cı ilə kimi uzatmaq barədə qərar qəbul edib. Reallıq budur ki, Ermənistan bütün alternativ imkanlardan imtina edərək təhlükəli “Metsamor’’ stansiyasının istismarını hələ uzun illər davam etdirmək niyyətindədir. Bu stansiyada hər hansı ciddi qəzanın baş verəcəyi təqdirdə region dövlətlərinin əhalisinin, təbiətinin və iqtisadi həyatının böyük zərər görməsi qaçılmaz ola bilər. Bu səbəbdən həm region dövlətləri, həm qlobal güc mərkəzləri, həm də beynəlxalq təşkilatlar “Metsamor’’ AES-in bağlanması ilə bağlı Ermənistanın qarşısında tələb qoymalı, təzyiq göstərməli, lazımi hüquqi addımlar atmalıdır.
Digər tərəfdən, “Metsamor’’ AES 11 ballıq zəlzələ riski olan zonada yerləşir. AES-in ətrafında 5 tektonik qırılma mövcuddur ki, onlardan da biri stansiyadan cəmi 500 metr aralıda yerləşir. 1988-ci ildə Spitakda baş vermiş zəlzələ bu stansiyanın fəaliyyətinin region üçün böyük təhlükə yaratdığını əyani şəkildə təsdiq edir. Ekspertlər hesab edirlər ki, AES-də təhlükəsizlik tədbirləri çox aşağı səviyyədədir. 1982-ci il oktyabrın 15-də AES-də baş vermiş yanğın yalnız 7 saatdan sonra ciddi səylər göstərildikdən sonra söndürülüb. Araşdırmalar göstərir ki, bundan sonrakı dövrdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, AES-in müasir təhlükəsizlik avadanlıqları ilə təchiz edilməsi istiqamətində heç bir addım atılmayıb. Bunlarla yanaşı, “Metsamor” AES Azərbaycan və Gürcüstan sərhədlərindən 120 km, İran sərhədindən 60 km, Türkiyə sərhədindən 16 km aralıda yerləşir. Qəza nəticəsində radioaktiv tullantıların və digər fəsadların Rusiya, Orta Asiya, Xəzər və Qara dəniz hövzəsi ölkələrinin əhalisi üçün böyük təhlükə yaradacağı şübhəsizdir.
Bunlarla yanaşı, nüvə və radioaktiv materialların, nüvə yanacağı tullantılarının qaçaqmalçılığında Ermənistanın xüsusi rol oynaması barədə məlumatlar var. Şübhəsiz, “Metsamor” AES-in Ermənistanda yerləşməsi nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan beynəlxalq cinayətkar dəstələrin regiona diqqətini artırır. Artıq ermənilərin radioaktiv materialları ölkədən çıxararaq müxtəlif cinayətkar qruplara satmaq cəhdlərinə dair çoxsaylı faktlar mövcuddur. Belə materialların beynəlxalq terror qruplarının əlinə düşəcəyi təqdirdə “çirkli bomba”ların hazırlanması və istifadəsi riski artır.
Bütövlükdə, çağırışlar artır, Ermənistana təzyiq gücləndirilməlidir, Metsamor AES bağlanmalıdır!
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57

