İranın səmimiyyətinə inanmaq olarmı?
03.11.2022 [10:39]
Əziz Ələkbərov: İran Azərbaycanın qəti mövqeyini, bütün hədələrə baxmayaraq geri çəkilmədiyini görür
İran rejimi hər dəfə belə manevrlər edir, bir mərhələdən sonra isə yenə də Azərbaycana düşmən mövqeyini ortaya qoyur. Əgər İran Ermənistanı silahlandırmaqda davam edəcəksə, Ermənistan İran tərəfindən PUA-larla təmin olunacaqsa, başqa sözlə, Azərbaycana qarşı müharibəyə hazırlaşdırılacaqsa, təhrik ediləcəksə, demək ki, ortada heç bir səmimiyyət yoxdur
P.İSMAYILOV
Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yeri və nüfuzu günü-gündən artmaqdadır. Yürüdülən müstəqil və milli maraqlara söykənən dövlət siyasəti bu məsələdə əhəmiyyətli rol oynayır. Azərbaycan özünün xarici siyasət kursunda qarşılıqlı tərəfdaşlığa, ikitərəfli maraqlara əsaslanan əməkdaşlığa və çoxvektorlu yaxın əlaqələrə əsaslanır. Ən əsası isə ölkəmiz hər zaman qonşuları ilə əlaqələrə xüsusi əhəmiyyət verir, bu əlaqələrin möhkəmləndirməsi, daha da yaxınlaşdırılması istiqamətində fəaliyyət göstərir. Təəssüf ki, bu, bəzi qonşu ölkələr tərəfindən layiqli şəkildə dəyərləndirilmir, adekvat qarşılanmır. Məsələn, cənub qonşumuz olan İranın Azərbaycana qarşı apardığı siyasət birmənalı qiymətləndirilə bilməz. Hətta 44 günlük Vətən müharibəsi dövründə İranın atdığı addımlar, sonrakı mərhələdə isə Araz çayı yaxınlığında, Azərbaycanla sərhəddə ard-arda hərbi təlimlər keçməsi, sanki Azərbaycanı hədələməyə çalışması başadüşülən deyil. Bu ölkənin rəsmiləri mütəmadi şəkildə İrəvana səfər edərək, bütün vasitələrlə Ermənistanın yanında olduğunu bildirirlər. Hətta İran Ermənistanın Azərbaycana qarşı silahlandırılmasında da aktiv iştirakçılardan biri kimi çıxış edir.
Son dövrlərdə isə İranın Azərbaycana qarşı yürütdüyü “düşmənçilik siyasətin”də bir az yumşalma hiss edilməkdədir. Qafan şəhərində İran konsulluğunun açılışında XİN rəhbəri Abdullahianın “İran Ermənistanın və bütün regionun təhlükəsizliyini özünün təhlükəsizliyi hesab edir” sözlərinə qarşı verilən sərt reaksiyanın ardından rəsmi Tehran Azərbaycanla münasibətlərdə müəyyən addımlar atmaq istəyir. Belə ki, oktyabrın 31-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefonla danışıb. İran XİN rəhbəri bildirib ki, Azərbaycanın təhlükəsizliyini İranın təhlükəsizliyi kimi görürük. Söhbət zamanı nazir Hüseyn Əmir Abdullahian nəzərə çatdırıb ki, Azərbaycan daxil olmaqla İran region dövlətlərinin ərazi bütövlüyünü tanıyır və suverenliyinə hörmətlə yanaşır. Xarici dövlətlərin hərbi hissələrinin regiona cəlb edilməsi isə münasibətlərə zərər vura bilər. O, İran və Azərbaycan prezidentlərinin Astana görüşünə toxunub və bildirib ki, iki ölkə arasındakı əlaqələr inkişaf edir. Bundan başqa, İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibafın Azərbaycana mümkün səfəri gözlənilir. Bu səfər də Tehranın iki ölkə arasındakı münasibətləri yumşaltmağa hesablanması kimi qiymətləndirilir.
Ümumiyyətlə, İranın bu dəfə səmimi olacağını, səhvlərindən nəticə çıxaracağını gözləmək olarmı?
Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Əziz Ələkbərov “Yeni Azərbaycan” a açıqlamasında bildirib ki, İranın anti-Azərbaycan və ermənipərəst siyasəti tarixi köklərə söykənir. Hətta İranın keçmiş hakimiyyəti dövründə də bu düşmənçilik siyasəti davam etdirilib: “1979-cu ildə hakimiyyət dəyişikliyindən sonra da bu siyasət yeni qiyafədə davam etdi. Daha sonra isə müstəqillik dövründə İranın anti-Azərbaycan siyasətini hər addımda müşahidə etmişik. Xüsusilə, 44 günlük Vətən müharibəsi dövründə İran rejiminin Azərbaycana qarşı düşmənçilik və ermənipərəst siyasətinin şahidi olduq. Ötən 30 il ərzində Azərbaycan torpaqlarının ermənilər tərəfindən darmadağın edilməsində, işğal altında saxlanmasında İranın da kifayət qədər rolu var. İşğalçı Ermənistanı ərzaqla, yanacaqla, hərbi sursatla təmin edən ölkələrdən biri, bəlkə də birincisi İran olub. Post-müharibə dövründə də İran bu siyasətini vaxtaşırı davam etdirib. Azərbaycan isə bunun qarşılığında İrana qarşı hər zaman dost münasibəti sərgiləyib. Bu səbəbdən də, çox vaxt İranın Azərbaycana qarşı hərəkətlərinə cavab verməmişik. Fikirləşmişik ki, nəticə çıxarar, hərəkətlərini dəyişər - çünki iki ölkə bir-biri ilə mədəni yaxınlığa, eyni dini inanca malikdir. O cümlədən, İranda 40 milyona yaxın azərbaycanlı yaşayır. Amma İran bizim bu isti münasibətimizə adekvat yanaşmayıb. Son hadisələr də sübut edir ki, bunu gözləməyə də dəyməz. İranın bugünkü rejimi ermənipərəst siyasətini açıq şəkildə ortaya qoyur. Xüsusilə son zamanlar sərhəddə sanki Azərbaycana qarşı hədələyici hərbi təlimlərin keçirilməsi bir daha göstərdi ki, İran Azərbaycana qarşı düşmən münasibətindən əl çəkən deyil”.
Millət vəkilinin fikrincə, hazırkı situasiyada İranın Azərbaycana qarşı siyasətinin yumşalması, səmimi olması da inandırıcı deyil. Onun sözlərinə görə, İranın səmimiyyətinə o vaxt inanmaq olar ki, bu dövlət özünün Ermənistanla münasibətlərinə yenidən baxsın. “Buna da o qədər inanmırıq. İran rejimi hər dəfə belə manevrlər edir, bir mərhələdən sonra isə yenə də Azərbaycana düşmən mövqeyini ortaya qoyur. Əgər İran Ermənistanı silahlandırmaqda davam edəcəksə, Ermənistan İran tərəfindən PUA-larla təmin olunacaqsa, başqa sözlə, Azərbaycana qarşı müharibəyə hazırlaşdırılacaqsa, təhrik ediləcəksə, demək ki, ortada heç bir səmimmiyət yoxdur. Sadəcə olaraq, İran Azərbaycanın qəti mövqeyini, bütün hədələrə baxmayaraq geri çəkilmədiyini və çəkilməyəcəyini, həm də öz daxilindəki vəziyyətin getdikcə gərginləşdiyini görür. Mənə elə gəlir ki, son yumşalma hərəkətləri də buna istinadən görüntü yaratmaqdan başqa bir şey deyil. Çünki İran Ermənistana olan “qardaş”, “dost” münasibətdən imtina etməyib. Mənim düşmənimlə dostluğunu davam etdirən, onu mənə qarşı silahlandıran bir rejimin isə səmimiyyətinə inanmaq mümkün görünmür. Əslində, İran son 30 ildə yeritdiyi anti- Azərbaycan və ermənipərəst siyasətinin girovuna çevrilib və bunun da bədəlini ödəmək məcburiyyətində qalacaq”, - deyə Ə.Ələkbərov əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

