Ermənistanın “qarant oyunu”...
30.12.2022 [10:45]
Türkiyənin adı niyə siyahıya salınmayıb?
Ermənistan iki ildən artıqdır ki, davam edən sülh prosesini daha da uzatmaq, prosesləri çıxılmaz dalana sürükləmək niyyətindədir. Bunun bariz sübutu rəsmi İrəvanın dəfələrlə fərqli bəhanələrlə sülhdən boyun qaçırması, hətta aidiyyatı olmayan “səbəblər” tapıb ortaya çıxarmaq cəhdləridir. Başqa sözlə, Ermənistan sülh üzərindən siyasi manipulyasiya ilə məşğuldur.
İndiki dövrdə isə bu bəhanələrin sırasına biri də qatılıb - İrəvanın siyasi rəhbərliyi beynəlxalq təminat məsələsini “aktuallaşdırmaq” istəyir. Məsələn, baş nazir Nikol Paşinyan bəyan edib ki, sülh sazişinə beynəlxalq təminat olmasa, imzalanmasından 12 saat sonra müharibə başlaya bilər. Nikol Paşinyan deyib ki, konkret təminatlar olmalıdır, çünki təkcə kağıza imza atmaq kifayət deyil.
Ermənistan parlamentinin sədri Alen Simonyan isə hökumətin sülh sazişi ilə bağlı təkliflərini vasitəçilik edən bütün tərəflərə təqdim etdiyini söyləyib. Erməni mənbələrinə görə, söhbət ABŞ, Fransa və Rusiyanın sülh sazişinə təminat verən ölkələr olmasından gedir.
Türkiyə niyə “təminatçı” deyil?
Maraqlıdır ki, “təminatçı” ölkələr sırasında Türkiyə yer almır. Halbuki Türkiyə regionun əsas siyasi oyunçularından biri kimi prosesdə fəal şəkildə iştirak edir. Rəsmi Ankara “Şuşa bəyannaməsi”nə əsasən Azərbaycanla strateji və hərbi müttəfiqdir. Eyni zamanda, Ağdamda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərir. Bu isə Türkiyənin regionda əsas siyasi oyunçu kimi artıq Rusiya tərəfindən də qəbul edildiyini ortaya qoyur.
Ən əsası isə, Türkiyə vasitəçilik missiyasını daha uğurlu şəkildə həyata keçirməyi bacarır - rəsmi Ankara bu faktı Ukrayna ilə Rusiya arasında vasitəçiliyi ilə sübut edib. Hətta BMT-nin baş katibi Antonio Quterreş belə Türkiyənin prosesdəki rolunu əvəzsiz adlandırıb. Müharibənin ən qızğın dövründə belə rəsmi Ankara tərəfləri bir masa arxasına gətirməyi bacardı - dünyanın əsas diqqət mərkəzində olan “taxıl dəhlizi” məsələsinə təminatçı oldu.
Digər mühüm məqam isə, Türkiyənin mövcud siyasi-hərbi vəziyyətidir. Türkiyə regionun əsas hərbi gücüdür - bu danılmaz faktdır. Əgər regionda hansısa hərbi disbalans yaranacaqsa, burada Türkiyənin iştirakı qaçılmaz olacaq, hətta ən azından onun bu hərbi kataklizmə münasibəti mühüm rola malik olacaq. Yəni, bütün hallarda baş verə biləcək hərbi toqquşmada Türkiyənin iştirakı mütləqdir. Bu mənada, təminatçı rolunda rəsmi Ankaranın da prosesə qoşulması ən real hal sayılmalıdır.
Ermənistan unutmamalıdır - Türkiyə ilə də əlaqələri normallaşdırmalıdır
Eyni zamanda, Ermənistan Azərbaycanla yanaşı, həm də Türkiyə ilə münasibətlərini normallaşdırmağa çalışır. Ermənistan üçün Türkiyənin təminatçı kimi qəbul edilməsi bu mənada da mühüm dividendlər qazandıra bilər. Başqa sözlə, Türkiyənin sülhə təminatı rolunda çıxış etməsi Ermənistan ilə aralarındakı etimad mühitinin daha da güclənməsinə yol açar. Onsuz da Türkiyə tərəfi dəfələrlə bəyan edib ki, proses Azərbaycanla məsləhətləşmələr fonunda inkişaf etdirilir.
Təbii ki, bütün bu deyilənlərin hər biri real faktorlardır. Amma Ermənistanın sülh prosesinə, sülh sənədinə yanaşma tərzini göz önünə gətirdikdə, erməni məkrinin bu prosesdən də kənar keçmədiyi hər kəsə aydın olur. Başqa sözlə, onlar sülhün imzalanmasını yox, prosesin uzanmasını arzulayırlar.
28 ili boşa vermiş keçmiş qrupun keçmiş həmsədrləri...
Seçimin Fransa, ABŞ və Rusiya üçbücağı çərçivəsində məhdudlaşdırılmasının məntiqi izahı isə aydın deyil. Məsələn, bəyan edildiyi kimi, Rusiya ilə Ukrayna arasındakı mümkün razılaşma olacağı halda qarant dövlətlər qrupu sırasında ABŞ, Böyük Britaniya, Kanada, Polşa, İtaliya, Almaniya, Fransa ilə yanaşı Türkiyənin də adı var. Amma Azərbaycan ilə Ermənistan arasındakı sülhə qarantiya hansı səbəbdən yalnız ATƏT-in keçmiş Minsk qrupunun keçmiş “həmsədrlərindən” ibarət olmalıdır? Axı, bu ölkələr onsuz da 1994-cü ildən prosesdə yer alıblar. Bu gün “sülhə təminatçı” olmaq üçün sıraya düzülən bu dövlətlər ötən 28 il ərzində nə üçün ədalətli sülhün əldə olunmasına cəhd göstərməmişdilər? Başqa sözlə, 28 il “münaqişənin” həlli istiqamətində “işləyən” bu üç ölkə hansı nəticə ortaya qoymuşdu? Həmin illərdə təcavüzkar tərəf olan Ermənistana hansı təzyiqlər göstərildi? Keçmiş “Minsk qrupu” rəhbərləri işğala məruz qalanla işğalçı arasında fərq qoymadılar. İndiki halda, onların təminatı nəyə yarayacaq?
Eyni zamanda, bu “siyahıda” yer alan Fransa nə vaxtdan “tərəfsiz” ölkə kimi “təminatçı” rolunda çıxış edir? Ermənistanı özünə “kiçik bacı” sayan Fransanın niyyəti hər kəsə bəllidir. Onlar bu və ya digər şəkildə regiondakı mövcud situasiyanı dəyişməyə, ən pis halda isə uzatmağa çalışırlar. Ermənilərin təminat üçün imzasını istədikləri Fransanın sırf ermənipərəst ölkə olması sirr deyil - bu səbəbdən də, balans qorunmalı və həmin siyahıya Türkiyə də əlavə edilməlidir. Axı, Türkiyə imzalanacaq sazişlə Naxçıvan və Ermənistan üzərindən qurulacaq dəhliz vasitəsilə Azərbaycanla birbaşa quru nəqliyyat əlaqəsi əldə etməlidir. Bu məsələ də mütləq şəkildə nəzərə alınmalıdır.
Bununla yanaşı, həmin “siyahıda” yer alan digər ölkələr Ermənistana “qarant” duracaqlarmı? Axı, bunun əksinin də şahidi olmuşuq. Məsələn, Ermənistan 10 noyabr üçtərəli razılaşmasının mühüm bəndlərini yerinə yetirmir. Bundan boyun qaçırır. Nə üçün Ermənistana bununla bağlı iradlar tutulmur, fikirlər açıq kontekstdə deyilmir? Demək ki...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35

