“Dəyərlərin qiymətləndirilməsinin yeni meyarı”
27.12.2012 [01:23]
YAP Gənclər Birliyinin Mərkəzi Ofisində Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, professor Şahlar Əsgərovun kitabının təqdimatı keçirilib
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin Mərkəzi Ofisində YAP İdarə Heyətinin üzvü, professor Şahlar Əsgərovun “Dəyərlərin qiymətləndirilməsinin yeni meyarı” kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov bu kitabın gənclər üçün faydalı olduğunu bildirib. Onun sözlərinə görə, kitabın ana xəttini yeni meyar, tədqiqatların riyazi əsaslandırması və onun dövrümüzün sosial-iqtisadi göstəricilərinə tətbiqi təşkil edir.
Kitabın müəllifi, professor Şahlar Əsgərov isə çıxışında nəşrdə əks olunan meyarları slaydlar vasitəsilə təqdim edib. Ş.Əsgərov bildirib ki, keçmişlə müqayisədə dünya bu gün bir çox cəhətdən həm rahat, həm də narahat dövrünü yaşayır. Onun sözlərinə görə, bir tərəfdən bəşəriyyət xeyli tərəqqi edib, iqtisadiyyatın, mədəniyyətin, təhsilin və elmin səviyyəsi xeyli yüksəlib. Digər tərəfdən isə mənfi təzahürlər də artıb. “Çağdaş dövrümüzdə dünyada baş verən müsbət və mənfi qlobal dəyişikliklərə nəzarət etmək üçün mükəmməl meyarlara böyük ehtiyac duyulur. Hələ min illər öncə deyilmişdi: “Ölçüdən böyük səadət yoxdur, ölçü harmoniyanın əsasıdır”. Məlumdur ki, inkişafda təkamülün rolu böyükdür. İnsan cəmiyyətlərində tərəqqi formasiyaların inkişafında təşəkkül tapıb. İnkişaf etmiş ölkələr maddi və intellektual baxımdan inkişafın son mərhələsini başlanğıc fazasına daxil olmaqla, yüksək tərəqqiyə və texnologiyaya nail olublar. Azərbaycan da inkişaf edən ölkədir. Prezident İlham Əliyev vurğulayır ki, biz güclü dövlət qururuq və başlıca ideyamız bundan ibarətdir” - deyə, müəllif bildirib.
Ş.Əsgərov hesab edir ki, dəyər deyəndə obyekt və ideyanın cəmiyyətin gözündə əhəmiyyəti, həmçinin, qədir-qiyməti başa düşülür. Müəllif deyib ki, kitabda dəyər olaraq biliyin qiymətləndirilməsi, dövlətlərin, universitetlərin reytinqləri, habelə, adambaşına istehlak olunan enerji, uzunömürlülük və digər amillər nəzərdə tutulur və onların keyfiyyət faktorundan asılılığı tədqiq edilir. Onun fikrincə, ictimai tərəqqinin mahiyyətini başa düşmək üçün dəqiq meyar çox əhəmiyyətlidir.
Təqdimat mərasimində çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı professor Şahlar Əsgərovun maraqlı elmi əsərlərin, kitabların müəllifi olduğunu bildirib. Həmin kitabları diqqətlə oxuduğunu deyən M.Qurbanlının fikrincə, “Dəyərlərin qiymətləndirilməsinin yeni meyarı” kitabından da hər kəs yararlana bilər. Çünki kitab həm siyasətçi, həm iqtisadçı, həm mədəniyyətşünas, həm də digər peşə sahibləri üçün lazımlıdır.
“Şahlar müəllim kitabda gözəl ümumiləşdirmələr aparıb və o, burada dəyərlərin qiymətləndirilməsini gözəl izah etdi. Mən də razıyam ki, əməyin qiyməti olmalıdır. Əməyin qiymətində tarazlıq pozulanda cəmiyyətdə qeyri-adilik baş verir. Kitabda həmçinin, insan potensialının inkişaf indeksi məsələsinə də toxunulub. İnkişaf potensialının indeksinə təhsil, səhiyyə, uzunömürlük, adambaşına düşən ÜDM, istehlak qiymətləri, mobil telefonların sayı, internetdən istifadə və s. daxildir. Bu, o deməkdir ki, artıq dünya keyfiyyətə böyük üstünlük verir. Azərbaycan da inkişaf edən ölkədir və Prezidentimiz də strateji hədəf kimi yüksək inkişaf edən dövlətlərə çatmağımızı qarşıya məqsəd qoyub”- deyə, YAP İcra katibinin müavini vurğulayıb. “Qara qızılın insan kapitalına” çevrilməsinin gənclərin əlində olduğunu deyən M.Qurbanlının sözlərinə görə, YAP-ın üzvü olan gənclər Azərbaycan gəncliyinin avanqard qüvvəsidir. O gəncləri yüksək biliklər əldə etməyə çağıraraq bu amilin bütövlükdə dövlətimizin inkişafında və daha da güclənməsində əsas şərt olduğunu vurğulayıb. Çünki inkişafın əsasında dayanan başlıca meyar yüksək təhsil və biliklərdir.
Tədbirdə YAP Gənclər Birliyinin sədr müavini Aygün Əliyeva, GB-nin Mərkəzi Ofisinin koordinatoru Vüsalə Niftəliyeva çıxış edərək kitabın əhəmiyyətini vurğulayıblar.
Sonda kitabın müəllifi Ş.Əsgərov gəncləri maraqlandıran sualları cavablandırıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53

