“Trendyol” və “Temu” sifarişləri...
08.01.2025 [09:12]
Problemlərlə bağlı hara şikayət edilməlidir?
Günümüzdə onlayn satış platformalarından məhsul sifarişləri artmaqdadır. Bu, vətəndaşlar üçün müəyyən rahatlıqlar yaratsa da, bir çox hallarda müxtəlif problemləri də özü ilə gətirir. Azərbaycanda da xeyli məşhurlaşan “Temu”, “Trendyol” platforması ilə bağlı narazılıqlar özünü göstərir. Şikayətlərin başlıca səbəbi sifariş olunan məhsulun eynisinin göndərilməməsi və yaxud xarab, sınıq göndərilməsidir.
Qeyd edək ki, Çin məhsullarının satışı ilə məşğul olan “Temu” platformasının “Trendyol”dan əsas fərqi odur ki, bu platformada pulsuz çatdırılma mövcuddur. “Trendyol”da isə standart bağlama üçün 89.99 tl (4 manat 50 qəpik), böyük bağlamalar üçün isə 299.99 tl (14 manat 91 qəpik) rüsum ödənilir. Buna görə də son zamanlar “Temu”dan istifadə edənlərin sayı xeyli artıb.
Reklamlarla insanları aldadırlar
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, hazırda “Temu” platforması müxtəlif reklamlarla əhalini birbaşa aldatmaqla məşğuldur: “Əslində, internet üzərindən satış platformaları artdıqca keyfiyyət yüksəlməlidir. Təəssüf ki, əksinə şahid oluruq. Bunu Azad İstehlakçılar Birliyinə gələn şikayətlər də sübut edir.
Ümumiyyətlə, internet üzərindən satışlar zamanı istehlakçı hüquqlarının pozulması geniş formada davam edir. İstehlakçı reklama baxır və ona uyğun məhsul sifariş edir, lakin gələn mal onun tələbatını ödəmir. Bu zaman dəyişmək və qaytarmaq istədikdə problemlə üzləşir. İkinci halda isə istehlakçı hansısa məhsulu sifariş verir və bu zaman bəzi hallarda məhsul itirilir. Bundan sonra həmin məhsulu axtarmaq istehlakçı üçün böyük problemlər yaşayır. Digər bir halda isə mal bəzən sınmış formada gəlib çıxır”.
İnternet platformasından dərman almaq olmaz
Eyyub Hüseynov qeyd edib ki, bu məsələlərlə bağlı qanunvericilikdə dəyişikliklər edilməlidir: “İstehlakçı hüquqlarını qorumağa cavabdeh olan qurum Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu məsələlərdə həddən artıq zəiflik göstərir. Bütün bunların da əsas səbəbi odur ki, “İstehlakçıların hüquqları haqqında qanun” 1995-ci ildə qəbul olunub, lakin yeniliklərlə bağlı qanunda heç bir dəyişiklik edilməyib. Bu vəziyyət biznes qurumlarının sui-istifadə etməsinə gətirib çıxarır.
Bir sözlə, istehlakçı hüquqlarını qoruyan təşkilatın rəhbəri kimi deyirəm, internet platformasından heç vaxt dərman almaq olmaz. Belə dərmanların təxminən 70 faizi keyfiyyətsiz olur. Kuryerlərdən məhsulu götürən zaman mütləq şəkildə kassa çeki alınmalıdır. Eyni zamanda, məhsullarla bağlı zəmanət talonu tələb edilməlidir. Vətəndaşlar bu kimi hallarla qarşılaşan zaman “195” qaynar xətti ilə İqtisadiyyat Nazirliyinə və yaxud Azad İstehlakçılar Birliyinə yazılı müraciət edə bilərlər”.
Onlayn ticarətin qanunvericilik normaları
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata görə, istər “Trendyol”, istərsə də “Temu” üzərindən birbaşa Azərbaycana çatdırılma üsulu ilə malların sifariş verilməsi zamanı yaranmış münasibətlər xarici elementli olduğundan, tətbiq olunmalı hüquq normalarının müəyyən edilməsi “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir: “Həmin Qanunun 1-ci maddəsinə əsasən, tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə, götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir.
Daşıma şirkətlərinin xidmətlərindən istifadə edilməklə verilən sifarişlərlə bağlı yaranan münasibətlərə isə ölkədə qüvvədə olan qanunvericilik normaları tətbiq edilir. Belə ki, sifariş olunan mal itirilmiş, yaxud məhv olmuşdursa, onun tam dəyərini daşıyıcı ödəyir. Əgər mal daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra 3 (üç) ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş hesab edilir. Lakin daşıyıcı malın itirilməsi və ya məhvinin risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı, yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi, həmçinin daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar nəticəsində baş verdiyini sübuta yetirərsə, məsuliyyəti aradan qalxır. Qanunvericiliyin tələbindən göründüyü kimi, belə vəziyyətdə sübutetmə yükü daşıyıcının üzərindədir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10

