/ / Milli Onkoloji Mərkəzdə Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib
Milli Onkoloji Mərkəzdə Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib
01.06.2013 [09:00]
Mayın 31-də Milli Onkoloji Mərkəzdə 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib.
AzərTAc xəbər verir ki, bayram tədbirində əvvəlcə xəstəliyə düçar olmuş uşaqlara həsr olunmuş “Ümid yolu” adlı sənədli film nümayiş etdirilib.
Milli Onkoloji Mərkəzin direktoru, akademik Cəmil Əliyev uşaqları əlamətdar gün münasibətilə təbrik edərək, Mərkəzdə uşaqların müalicəsi üçün yaradılan şəraitə görə dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. Qeyd olunub ki, xəstəliyə düçar olmuş uşaqların qana olan ehtiyaclarına etinasız yanaşılmamalı və hər bir kəs balacalara həyat verəcək belə nəcib işlərdə fəal iştirak etməlidir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova dövlətimizin uşaqların müdafiəsi, onların rifah içində böyüməsi üçün gördüyü işlərdən söz açaraq qeyd edib ki, müstəqil Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyev uşaqlara son dərəcə böyük sevgi və qayğı ilə yanaşırdı. Bu baxımdan ölkəmizdə internat məktəblərində, uşaq evlərində yaşayan uşaqlara, onların hüquqlarının müdafiəsinə çox böyük nəzarət edilir.
“Uşaqlar cəmiyyətimizin sabahıdır” - deyən komitə sədri bildirib ki, onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir. Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir.
H.Hüseynova xəstəliyə düçar olmuş uşaqlara Milli Onkoloji Mərkəzdə peşəkar həkim heyəti tərəfindən göstərilən diqqət və qayğını yüksək qiymətləndirib, uşaqlara dövlət səviyyəsində göstərilən qayğıdan danışıb.
Tədbirdə çıxış edənlər bu fidanların həyatları üçün önəmli rol oynayan qanvermə aksiyalarında iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildirib, uşaqları bayramları münasibətilə təbrik ediblər.
Təntənəli bayram tədbiri incəsənət ustalarının iştirakı ilə davam etdirilib.
Sonda uşaqlara Heydər Əliyev Fondu, Milli Onkoloji Mərkəz, “Azərbaycan Hava Yolları”, Mərkəzi Klinika, “Nar Mobile” və digər təşkilatlar adından hədiyyələr paylanıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10

