/ / Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak edir
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak edir
25.02.2025 [10:17]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 24-də işinə başlayan 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak edir.
AZƏRTAC xəbər verir ki, Kral Salman Humanitar Yardım və Qayğı Mərkəzinin rəhbəri Abdullah Ər-Rabiənin dəvəti ilə forumda təmsil olunan Leyla Əliyeva “Qlobal humanitar könüllülük: perspektivlər və hədəflər” adlı paneldə çıxış edərək Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda və digər ölkələrdə həyata keçirilən humanitar layihələr barədə məlumat verib.
Ər-Riyad şəhərində iki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səudun himayəsi altında, Kral Salman Humanitar Yardım və Qayğı Mərkəzinin təşkilatçılığı ilə keçirilən forumda münaqişələr zamanı humanitar diplomatiya, fövqəladə hallarda media və kommunikasiya strategiyası, süni intellektin humanitar yardım fəaliyyətində rolu, beynəlxalq hüquq çərçivəsində humanitar yardım sahəsində mövcud problemlər və gələcək imkanlar müzakirə edilir.
Leyla Əliyeva forumun gündəliyindəki məsələlərin qlobal əhəmiyyətini vurğulayaraq, Azərbaycanın müstəqilliyini yenidən əldə etdikdən sonra aparılan uğurlu siyasət nəticəsində humanitar yardım alan dövlətdən donor dövlətə çevrildiyini bildirib. Heydər Əliyev Fondunun regionun nəhəng qeyri-hökumət təşkilatı kimi 2004-cü ildən genişmiqyaslı humanitar layihələr həyata keçirdiyini qeyd edib. Fondun bir sıra istiqamətlərdə fəaliyyətini önə çəkən Leyla Əliyeva təhsil, səhiyyə və sosial sahələr üzrə layihələrin beynəlxalq səviyyəni əhatə etdiyini, bu fəaliyyətin tərəfdaş təşkilatlar və ölkələr tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Leyla Əliyeva müasir dünyada iqlim dəyişiklikləri kimi böhrana diqqət çəkərək ətraf mühitin və təbiətin qorunması istiqamətində, eləcə də aclığın aradan qaldırılması kimi problemlə üzləşən ölkələrə yardım sahəsində güclərin səfərbər olmasının vacibliyini vurğulayıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Azərbaycanın könüllülük fəaliyyəti üzrə uğurlu modelə sahib olduğunu bildirərək, mövcud humanitar problemlərin həllində könüllülük proqramlarının inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.
Qeyd edək ki, fevralın 24-25-də keçirilən forumda bir sıra ölkələrin yüksəksəviyyəli rəsmiləri, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, BMT-nin Uşaq Fondu və digər nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, donor təşkilatlar, beynəlxalq ekspertlər və tədqiqatçılar təmsil olunur.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

