Biofizika İnstitutunda neyrodegenerativ xəstəliklər üzrə tədqiqatlara dair seminar keçirilib
01.03.2025 [15:19]
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda "Fibroin zülalının neyrodegenerativ xəstəliklərdə model kimi istifadəsi və Rodamin 6G ilə qarşılıqlı təsiri" mövzusunda elmi seminar baş tutub.
AZƏRTAC xəbər verir ki, seminarda institutun icraçı direktoru, b.e.d. Kərim Qasımov açılış nitqi ilə çıxış edib. O, institutda aparılan tədqiqatların iki əsas istiqamətə bölünməsini vurğulayaraq bunlardan birinin xərçəng xəstəlikləri, digərinin isə neyrodegenerativ xəstəliklər, o cümlədən, beta-amiloid aqreqatlarının yaranması ilə bağlı araşdırmalar olduğunu qeyd edib.
Daha sonra "Biomolekulların strukturu, dinamikası və funksiyası" laboratoriyasının mühəndisi Aytac Məmmədova "Fibroin zülalının neyrodegenerativ xəstəliklərdə model kimi istifadəsi və Rodamin 6G ilə qarşılıqlı təsiri" mövzusunda çıxış edib.
Aytac Məmmədova təqdimatında bildirib ki, neyrodegenerativ xəstəliklər beynin müxtəlif nahiyələrində sinir hüceyrələrinin zədələnməsi ilə xarakterizə olunur. Alzheymer xəstəliyi beyində beta-amiloid zülalının yığılması, Parkinson xəstəliyi isə alfa-sinuklein zülalının aqreqasiyası nəticəsində dopamin ifrazının azalması ilə bağlıdır. Statistik məlumatlara görə, 65-74 yaş arası insanların 5%-i, 75-84 yaş arası 13.2%-i, 85 yaşdan yuxarı isə 33.4%-i bu xəstəliklərdən əziyyət çəkir.
AMEA-nın müxbir üzvü, professor Oktay Qasımov təqdimata və aparılan araşdırmalara yüksək qiymət verərək, gələcəkdə bu istiqamətdə daha geniş tədqiqatların aparılmasını vurğulayıb.
Seminar iştirakçıları mövzu ilə bağlı suallar verib, araşdırmanın praktiki tətbiq imkanları və davamı haqqında fikir mübadiləsi aparıblar.
Sonda institut rəhbərliyi və seminar iştirakçıları təqdimata görə Aytac Məmmədovaya təşəkkür edib, ona gələcək elmi tədqiqatlarında uğurlar arzulayıblar.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19

