Qorxunu qovan qorxu...
28.05.2025 [08:57]
Çıldağ - xurafatmı, müalicə üsulumu?
Bəziləri onu xurafat, bəziləri isə həqiqətən də faydalı sayır - söhbət hər kəsə bəlli çıldağ üsulundan gedir. Türkəçarənin bir növü hesab olunan çıldağ qədim zamanlardan qorxunu götürmək məqsədilə müalicə üsulu kimi istifadə olunub. Azərbaycanın müxtəlif bölgələrində qorxuya düşən uşaq və ya böyüklərin sağalması üçün bu üsuldan yenə də istifadə edənlər var.
Proses necə edilir?
Çıldağ mərasimində su, od, duz, iynə və ya dəmir parçası kimi vasitələrdən istifadə edilir. Qorxunun insandan çıxarılması üçün dua oxunur, suya baxaraq müəyyən sözlər deyilir və ya xüsusi şəkildə od üzərində dualar tələffüz olunur.
Bəzən çörək və ya paltar vasitəsilə qorxu simvolik olaraq insandan “götürülüb” külə, axar suya və ya torpağa “verilir”. Əslində, burada məqsəd insanın içindəki gərginliyi (mənfi emosiyaları) təmizləyərək, onu ruhi tarazlığa qaytarmaqdır. Bu kimi mərasimlər elmi baxımdan tibbi müalicə üsulu sayılmır. Çıldağ praktikası xalqın təbiətə, inanclara və enerji tarazlığına dair qədim dünyagörüşünün təzahürüdür.
Çıldağla bağlı belə bir fikir də var - əgər bədənə köz dəyən zaman insan səksənmirsə, deməli, həqiqətən nədənsə çox qorxub. Bir çox insan çildağın mövhümat olduğunu düşünsə də, bu türkəçarəyə inananların, hətta faydasını görənlərin sayı az deyil.
Faydası varmı?
İlahiyyatçı Ağa Hacıbəyli bildirib ki, xalq arasında yayılmış bir çox ənənələr xurafata dayansa da, mövhumat xarakterli olsa da, bəziləri əsaslı və faydalıdır. İlahiyyatçı çıldağdan qabaq belə inanclardan biri olan bəd nəzərdən danışıb: “Göz dəymə və yaxud bədnəzər də bu qəbildəndir. Bəzi ölkələrdə bu kimi məsələlərlə məşğul olan, tədqiqat aparan elmi mərkəzlər, institutlar var və bu kimi “enerjiyə” sahib olan insanları cəmiyyətdən kənar olmağa belə məcbur edirlər. Çünki onların gözündə xüsusi bir enerji var ki, bunun maddəyə, cismə təsiri var. Sınaqlar da göstərir ki, bu, var. Quran da təsdiq edir ki, sehr, bədnəzər var. Sehr də mənfi enerjinin şəxsə yönləndirilməsidir. Onun mənfi auraya, bədbin notlarla blokadaya alınmasıdır ki, bu zaman hərəkət, fəaliyyət və düşüncədə ləngimə, pozulma meydana çıxır”.
A.Hacıbəyli çıldağ və onun yaranma səbəblərindən də danışıb: “Qorxu bir haldır və növləri müxtəlifdir. Həmin növlərin bəziləri fərqli xəstəlik və problemlərə gətirib, çıxara bilir. Bu da insanların yaş və xarakterindən, sağlamlıq dərəcəsindən asılıdır. Təbii ki, qədim zamanlarda psixoloq, psixiatr, nevroloji xəstəliklər üzrə mütəxəssislər olmadığı üçün insanlar təbii, sınanmış yollarla qorxu və qorxudan yaranan problemləri aradan qaldırıblar. Çıldağ da bu qədim adətlərdəndir. Onun elmi, tibbi, psixoloji cəhətdən mahiyyəti sadəcə bizdə araşdırılmayıb. Araşdırılsa, şübhəsiz ki, bunun elmi izahı da olmamış olmaz”.
İslam dinində çıldağla bağlı hədislər var?
İlahiyyatçı qeyd edib ki, dindəki bəzi hədislərdə yazılan müalicə üsullarından biri həcəmət, yəni, qan almaq, biri də dağlamaq, yəni, çıldağ kimi vasitələrdir: “Bu gün qan almağı elm də təsdiq və təqdir edir. Keçmiş zamanlarda yaraları isti alətlə dağlayıb, qan axınının qarşısını alıblar. Çıldağ zamanı da buna bənzər üsullarla qorxan adama təsir edilir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42

