Sərinlədir, lakin ziyanı da çoxdur...
24.06.2025 [08:19]
Kondisionerdən istifadə zamanı nələrə diqqət edilməlidir?
İsti yay günlərində sərinləmək üçün tək çarəni kondisionerdən istifadədə görürük. Hətta istəməsək də işdə, nəqliyyat vasitələrində və digər yerlərdə kondisioner havasına məruz qalırıq. Demək olar ki, hər evdə, iş yerində, eləcə də nəqliyyat vasitələrində kondisioner mövcuddur.
Bəzi insanlarda kondisionerə qarşı həssaslıq da müşahidə olunur. Həssaslıq özünü baş ağrısı, ürək sıxılması, təngənəfəslik kimi hallarda göstərir. Bu da o deməkdir ki, kondisionerin fəaliyyəti insan səhhətinə təsirsiz ötüşmür. Belə ki, bu avadanlıq sərinlədir, lakin ziyanı da çoxdur.
“Legionella” bakteriyası...
Alimlər hesab edir ki, kondisionerlər otağın havasında olan yüngül elektro-mənfi oksigen ionları məhv edir. Digər tərəfdən, kondisioner işlədikcə, ondan yavaş-yavaş otağa freon tipdə qaz buraxılır. Bu isə qapalı yerdə insana təsir edir. Buna görə də, kondisioner havasında uzun müddət qalmaq məsləhət deyil. Normal iş şəraitində kondisionerin temperaturunu mənfi 20-22 dərəcəyə yönəltməyi tövsiyə edən həkim-terapevtlər, həmin cihazdan bütün gün ərzində, eyni zamanda gecə yatanda istifadəsini o qədər də məsləhətli saymır.
Həkimlərin dediyinə görə “legionella” adlı bakteriyalar var ki, kondisionerin hava daxil olan yerində oturur və xüsusilə rütubətdə çoxalırlar. Həmin bakteriyalar xüsusi ağır gedişi olan pnevmoniya - ağciyərin iltihabını törədirlər. Ümumiyyətlə, ildə bir dəfə kondisionerdəki həmin yollar yuyulmalıdır. Çox təəssüf olsun ki, bizdə adətən bu qaydaya əməl olunmur. Digər tərəfdən isə kondisioneri düzgün işlətmək lazımdır. Belə ki, otaqdakı temperaturla, bayırdakı hava arasında 10 dərəcədən artıq fərq olmamalıdır.
Doğru bilinən yanlış
Bəzi insanların fikrinə görə, kondisioner işlədiyi müddətdə otaq və ya pəncərənin qapısını açıq qoysaq, bu həm kondisionerə, həm də səhhətimizə ziyan gətirə bilər. Lakin alimlər bunun əksinə olaraq vurğulayır ki, kondisioner işləyəndə nəfəslik açıq olmalıdır ki, daim təmiz havanın axını təmin olunsun. Çünki kondisioner havanı çox qurudur ki, bu da allergiya və soyuqdəymənin yaranmasına səbəb olur.
Əzələ ağrıları və tutulmalar
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən terapevt-həkim Şahvələd Məmmədovun sözlərinə görə, həddindən artıq isti səbəbi ilə tərləyən insanların əzələləri boşalır və bu zaman əzələ tutulmaları baş verə bilər. Buna asqırma, burun axıntısı, gözlərdə sulanma-yaşarma, quru öskürək də əlavə olunur: “Ona görə də kondisionerin verdiyi havanın birbaşa üzə və bədənin digər hissələrinə təmas etməməsi vacibdir. Kondisionerin istiqaməti dəyişdirildiyi halda belə boyun və çiyinlərdə tutulma hissi və ağrılar varsa, o bölgələr bir şal ilə sarılaraq soyuq havanın birbaşa təmas etməsinin qarşısı alına bilər”.
Kondisioner vurması baş veribsə...
Terapevt qeyd edib ki, kondisioner vurmasına məruz qalmış insanlar dərhal bununla bağlı həkimə müracitə etməlidirlər: “Bundan sonra şikayətləri aradan qaldıracaq dərman müalicəsinə başlanılmalıdır. Kondisionerdən qaynaqlanan sətəlcəmin müalicəsində 15-20 gün müddətində xəstəyə anbitiotik verilir. Müvafiq doza və müddətdə istifadə edildikdə xəstə tamamilə sağalır. Həmçinin kondisionerin mühitdəki nəm nisbətini azaltması xroniki bronxit xəstəsi olan insanların bəlğəmi xaric etmələrini də çətinləşdirir. Buna görə də xroniki bronxit xəstələrində öskürək, nəfəs darlığı kimi şikayətlər daha çox müşahidə edilir. Kondisioner vurması nəticəsində öskürək, yüksək temperatur, yorğunluq kimi əlamətlər özünü göstərirsə, bu, sətəlcəmin başlanğıcı ola biləcəyi üçün dərhal mütəxəssis tərəfindən yardım alınmalıdır”.
Allergiyası olanların nəzərinə!
Həkim bildirib ki, astma və allergiya xəstəliyi olan uşaqlar kondisioner altında qalmamalıdır: “Əks təqdirdə soyuq hava ağciyərlərdə zədələnmələrə səbəb olaraq öskürək əmələ gətirə bilər. Həmçinin sətəlcəmə meyilli astma xəstəsi olan uşaqlar və sinüzitə meyilli allergiyası olan uşaqlar bu xəstəliklərə daha asan tutula bilərlər”.
Üz iflicinə səbəb ola bilər...
Ş.Məmmədov vurğulayıb ki, avtomobil daxilində kondisioner də tənəffüs yolları xəstəliklərindən bronxit, sinüzit və sətəlcəm, həmçinin göz və beyin iltihabı, badamcıq iltihabı, bəzi əzələ xəstəliklərinə yol aça bilər: “Birbaşa üzə təmas edən kondisioner nadir də olsa, üz iflicinə şərait yaradır. Buna görə də avtomobildə kondisionerdən istifadə zamanı üz və sinə bölgəsinə sərin havanın birbaşa gəlməsinin qarşısı alınmalı, kondisioner ön şüşəyə doğru yönləndirilməlidir.
Həddindən artıq isti və ya nəm mühit avtomobil idarə edənlərin konsentrasiyasını və hadisələrə reaksiyasını poza bilər. Xüsusilə nəqliyyatda və uzun səfərlər zamanı bu təsir özünü daha nəzərəçarpan şəkildə göstərir”.
Kondisionerin altında yatmayın
Həkimin sözlərinə görə, kondisioner havanı sərinlətdiyinə görə ekzemalı uşaqlar üçün faydalı ola bilər: “Ekzemalı uşaqların dərilərində həddindən artıq su itkisi olduğu üçün qurudur. İsti hava və tərləmə isə qaşıntını artırır. Ancaq normanı keçərək kondisioner altında yatmaq da doğru deyil. Həmçinin kondisioner altında çox qalmaq ağciyərlərin zədələnməsinə də səbəb ola bilər. Ekzemalı uşaqlarda ev tozu allergiyasının inkişaf ehtimalı yüksəkdir. Kondisionerin içində bu tip tozlar yığıla bildiyi üçün də onun təmizlənməsi önəmlidir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxAnalitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17

