Məktubunuz var...
09.10.2025 [08:20]
Poçt sistemi hələ də əlaqənin ən özəl formalarından biridir
Poçt gündəlik həyatımızda çox zaman sadəcə məktub göndərmək kimi kimi qəbul edilir. Lakin poçt sistemi bəşəriyyətin inkişafında mühüm rol oynamış, həm də cəmiyyətin sosial, iqtisadi və mədəni strukturlarına təsir göstərmiş kompleks bir infrastrukturdur. Əslində, poçt sistemi yalnız bir əlaqə vasitəsi olmaqla kifayətlənmir, həm də insanları birləşdirən bir sistemdir. Orta əsrlərdən bəri Avropada yolların etibarlı olmaması səbəbindən məktubun daşıma ödənişi alıcı tərəfindən ödənilirdi. Bu da çox vaxt çıxılmaz vəziyyətlərə gətirib çıxarırdı. Ona görə də həmin zamanlar poçt markasının yaranması ilə bağlı məsələ aktuallıq kəsb etməyə başladı. Bəzi mütəxəssislər poçt markasının avstriyalı Laurens Kaşmir, bəziləri isə ingilis Ceyms Çalmers tərəfindən yaradıldığını iddia edirlər. Lakin bir sıra faktlar onu göstərir ki, poçt markası məhz Royland Hillin öz layihəsini təcrübədən keçirdikdən sonra İngiltərədə yaranıb. Yeri gəlmişkən, bu gün Ümumdünya Poçt Günü kimi qeyd olunur. Bu tarix Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaranması ilə bağlıdır. Ümumdünya Poçt İttifaqı poçt əlaqələrini təmin etmək və təkmilləşdirmək məqsədilə 1874-cü il oktyabrın 9-da İsveçrənin paytaxtında 22 ölkənin nümayəndələrinin imzaladığı Bern müqaviləsi ilə beynəlxalq təşkilat kimi təsis olunub. 9 oktyabrın Ümumdünya Poçt Günü kimi qeyd olunması ilə bağlı qərar isə 1969-cu ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən ÜPİ-nin konqresində qəbul olunub.
Azərbaycan poçtu sürətli inkişaf yolu keçib
Azərbaycanın 1993-cü ilin aprel ayında bu quruma üzv qəbul olunması respublikanın poçt sahəsi üzrə fəaliyyətinin genişlənməsinə əlavə imkanlar yaradıb. Müstəqil ölkə kimi ÜPİ üzvü olduğu qısa zaman ərzində Azərbaycan poçtu ölkə iqtisadiyyatının digər sahələrində olduğu kimi, çox sürətli inkişaf yolu keçib. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ölkəmiz ÜPİ-nin 2004-cü ildə Buxarestdə keçirilən 23-cü Konqresində ilk dəfə olaraq, bu təşkilatın ali orqanı olan Administrativ Şuraya, 2008-ci ildə Cenevrədə keçirilən 24-cü Konqresində təşkilatın hər iki ali orqanına - Administrativ Şuraya və Poçt İstismarı Şurasına, 2016-cı ildə İstanbulda keçirilən 26-cı Konqresində isə yenidən Poçt İstismarı Şurasına üzv seçilib.
Azərbaycan poçt qurumu 1991-ci ildə Regional Rabitə Birliyinə (RRB), 2001-ci ildə Poçt və Telekommunikasiya Administrasiyalarının Avropa Konfransı təşkilatına (CEPT), “Azərpoçt”un filialı olan “Azərekspresspoçt” Rabitə Müəssisəsi isə 2002-ci ildən etibarən ÜPİ-nin EMS (sürətli poçt) Kooperativinin tamhüquqlu üzvlüyünə qəbul edilib.
“Azərpoçt”un beynəlxalq sahədəki uğurlarından biri də ÜPİ-nin EMS Kooperativi tərəfindən sürətli poçt xidmətlərinin keyfiyyəti üzrə dünyanın 160-dan artıq poçt operatoru arasında keçirilən yarışlarda “Azərekspresspoçt” RM-nin ardıcıl 9 dəfə qızıl səviyyəli Sertifikatına layiq görülməsidir.
İlk poçt markamız əsgərə həsr olunub...
Azərbaycanın ilk poçt markaları 1919-cu il oktyabrın 20-dən başlayaraq dövriyyəyə buraxılıb. İlk poçt markası Azərbaycan əsgərinə həsr olunub.
Qeyd edək ki, Azərbaycan poçtunun da qədim tarixi var. 1818-ci ilin iyun ayının 1-də Azərbaycan ərazisində ilk poçt rabitəsi yaradılıb. İlk poçt kontoru respublikanın ikinci böyük şəhəri sayılan Gəncədə açılıb. Daha sonra Bakıda və Naxçıvanda poçt ekspedisiyaları təşkil edilib. Azərbaycanda poçtun dəmir yolu nəqliyyatı ilə daşınmasına 1883-cü il mayın 9-da Bakı-Tiflis, 1900-cü ildə isə Bakı-Dərbənd arasında başlanılıb.
Müasir poçt sistemi və texnologiyanın təsiri
Müasir dövrdə texnologiyanın inkişafı ilə poçt xidmətləri də böyük dəyişikliklərə uğrayıb. Elektron poçt (e-poçt), internet üzərindən mesajlaşma və onlayn alış-veriş kimi yeniliklər, ənənəvi poçt xidmətlərini təhdid edən amillər olsa da, hətta bu dövrdə poçt hələ də müxtəlif sahələrdə öz funksiyasını qorumağa davam edir. Elektron və fiziki poçt xidmətləri artıq paralel olaraq fəaliyyət göstərir, həmçinin bir-birilə qarşılıqlı əlaqədədir.
Məsələn, e-ticarət bu günlərdə poçt xidmətlərinə olan tələbatı artırıb. İnsanlar onlayn alış-veriş edərkən, satın aldıqları məhsulların çatdırılması üçün poçt xidmətlərindən istifadə edirlər. Bu, logistika və kuryer xidmətlərini daha da inkişaf etdirərək poçt sektoru üçün yeni perspektivlər açıb.
Bundan əlavə, müasir texnologiyalar poçt xidmətlərinin daha sürətli və səmərəli olmasına imkan yaradır. Poçt kuryerləri, GPS sistemləri və ağıllı izləmə texnologiyaları vasitəsilə göndərişlərin yolunu anında izləmək və düzgün şəkildə təyin etmək imkanı əldə edirlər.
Poçt xidmətləri hələ də insanlar arasında əlaqələrin qurulmasında, məlumat mübadiləsində və iqtisadi inkişafda mühüm rol oynayır. Hər birimiz üçün, hətta internetin inkişaf etdiyi bir dövrdə belə, poçt hələ də əlaqənin ən özəl və ən təsirli formalarından biri olaraq qalır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxHadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
YAP xəbərləri
26 Oktyabr 12:35
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
YAP xəbərləri
26 Oktyabr 10:34
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
YAP xəbərləri
26 Oktyabr 00:33

