Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bu il 1218 nəfər sosial adaptasiya məqsədilə məşğulluq tədbirlərinə cəlb edilib

Bu il 1218 nəfər sosial adaptasiya məqsədilə məşğulluq tədbirlərinə cəlb edilib

27.12.2025 [20:35]

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilənlərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlərdən biri də onların məşğulluğunun təminatıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin 11 ayında həmin kateqoriyadan olan 1218 nəfər aktiv məşğulluq tədbirləri ilə əhatə edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 919 şəxs münasib işlərlə təmin olunub, 254 şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. 45 işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub.

Paylaş:
Baxılıb: 472 dəfə

Xəbər lenti

Hamısına bax

Hərbi

Gündəm

Ədəbiyyat

Sosial

İstirahət vaxtıdır!

19 İyun 08:50  

Analitik

Diqqət Ukraynaya...

18 İyun 11:25  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30