Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ağstafa rayonunda bələdiyyə seçkiləri uğurla keçirilib

Ağstafa rayonunda bələdiyyə seçkiləri uğurla keçirilib

24.12.2014 [10:17]

23 dekabr bələdiyyə seçkiləri Ağstafa rayonunda da uğurla keçirilib. Dünən saat 8:00-da Ağstafa rayonunda yerləşən 108 saylı Ağstafa DSK üzrə 38 məntəqə və 106 saylı Tovuz-Qazax-Ağstafa DSK üzrə 5 məntəqədə seçkilərə start verilib. Bu barədə məlumat verən Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov bildirib ki, rayon üzrə 48.812 daimi seçici var. Onlardan 41.933 nəfəri 108 saylı Ağstafa DSK-da, 6879 nəfəri 106 saylı Tovuz-Qazax-Ağstafa DSK-da qeydiyyatdadır.
R.Tatarovun sözlərinə görə, əhalinin səsvermədə iştirakı ilə bağlı rayon təşkilatı fəal təbliğat işi aparıb.
“Ağstafa rayonu üzrə 29 bələdiyyə fəaliyyət göstərir. Yeni Azərbaycan Partiyası bu bələdiyyələr üzrə 265 müvafiq yerlərin hamısına öz namizədlərini irəli sürüb. Bundan başqa, seçki məntəqələrində müşahidə aparacaq şəxslər və məşvərətçi səs hüquqlu üzvlər təyin edilib. Bir sözlə, bütün məsələlər seçki qanunvericiliyinə uyğun olaraq həll edilir”, - deyən R.Tatarov vurğulayıb ki, Ağstafa rayonu üzrə bütün seçki məntəqələri lazımi standartlara cavab verir. Təşkilat sədri belə bir inam ifadə edib ki, bütövlükdə Ağstafa seçiciləri “Rifah və quruculuq naminə” şüarı ilə seçkilərə gedən Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.
“Müntəzəm olaraq müşahidəçilərimiz vasitəsilə səsvermənin gedişi ilə maraqlanırıq. Seçicilər məntəqələrə gələrək layiq bildikləri namizədlərə səs verirlər. Günün birinci yarısında daha çox fəallıq nümayiş olunur. İnanırıq ki, partiyamızın üzvləri bu seçkilərdə yüksək nəticələr əldə edəcəklər”, - deyə təşkilat sədri vurğulayıb.
N.BAYRAMLI

Paylaş:
Baxılıb: 898 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30