Gəncədə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilir
26.12.2014 [10:03]
Dekabrın 25-də Gəncədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və şəhər icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfrans öz işinə başlayıb.
AzərTAc xəbər verir ki, respublikamızın qərb bölgəsinin din xadimlərinin, dini icma nümayəndələrinin, eləcə də bu sahə ilə məşğul olan alimlərin iştirakı ilə keçirilən konfransdan əvvəl iştirakçılar Ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Sonra konfrans iştirakçıları Gəncədəki Şah Abbas Cümə məscidi və “Aleksandr Nevski” rus pravoslav kilsəsi ilə tanış olublar.
Konfransı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq Azərbaycanda insanların dini etiqad azadlığına yaradılan şəraitdən, tolerant ölkə kimi bütün dinlərə göstərilən hörmətdən və bu sahədə qazanılan uğurlardan danışıb. Bildirib ki, Ümummilli lider Heydər Əliyevin bu sahədə həyata keçirdiyi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunu Gəncədəki İmamzadə ziyarətgahında aparılan abadlıq və yenidənqurma işlərinin timsalında nümunə göstərən Elmar Vəliyev diqqətə çatdırıb ki, hazırda ziyarətgahda işlər daha da sürətləndirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək müstəqilliyimizin bərpasından sonra ölkəmizdə əldə olunan nailiyyətləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, bütün sahələrdə olduğu kimi, İslami dəyərlərə söykənən Azərbaycanda milli-mənəvi dəyərlərə də hörmətlə yanaşılır. Hazırda respublikamızda 2050 məscidin olduğunu və onlardan 1600-nün fəaliyyət göstərdiyini deyən qurum rəhbəri qeyd edib ki, bu məscidlərin yarıdan çoxu dövlət vəsaiti hesabına təmir edilib.
Konfransda Milli Məclisin deputatı Musa Quliyev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Tahir Abbasov və başqaları çıxış edərək ölkəmizdə dövlət-din münasibətlərindən, bu sahədə dünya dövlətlərinə nümunə ola biləcək Azərbaycanın qazandığı uğurlardan, eləcə də radikal dini qruplara qarşı mübarizənin gücləndirilməsinin vacibliyindən danışıblar.
Dekabrın 26-da regional konfrans öz işini plenar iclaslarda davam etdirəcək. İştirakçılara “Dini radikalizm və onun təhlükəli təzahürləri ilə mübarizə”, “Tarixilik və müasirlik baxımından milli-mənəvi dəyərlərimiz” və s. mövzularda məruzələr təqdim olunacaq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

