Binəqədi rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
22.01.2015 [09:45]
Yanvarın 19-da Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov 20 Yanvar əlilləri və şəhid ailələri ilə görüşüb. Səmimi mühitdə keçən görüşdə İcra Hakimiyyətinin başçısı xalqımızın 20 Yanvar şəhidləri ilə qürur duyduğunu bildirib. Şəhid ailələrinin problemləri ilə maraqlanan İcra Hakimiyyətinin başçısı məsələnin nəzarətdə saxlanılacağını qeyd edib.
Daha sonra “20 Yanvar” cəmiyyəti Binəqədi rayon şöbəsinin sədri Ağarza Xankişiyev çıxış edərək, 20 Yanvar əlilləri və şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıb, bu qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Görüşdən sonra rayonun Biləcəri qəsəbəsi “Güllə Yağışı” abidəsinin önündə 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Abidənin önünə gül dəstələrinin qoyulması ilə başlayan anım mərasimində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Aparıcılar 20 Yanvar faciəsi barədə məlumat verərək, Azərbaycan xalqının istiqlal mübarizəsi tarixində 20 Yanvar şəhidlərinin öz qanları ilə yazdıqları şərəfli səhifədən danışıblar.
Tədbirdə çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov hadisəni Azərbaycan xalqının tarixinə yazılmış şanlı səhifə kimi səciyyələndirib. Natiq bildirib ki, faciənin səhərisi günü Ümummilli lider Heydər Əliyev Onu gözləyən bütün təhlükələrə, həyatına ola biləcək təhdidlərə rəğmən, əsl vətəndaşlıq nümunəsi göstərərək ağır günündə öz xalqının yanında oldu, onun səsinə səs verdi, dinc insanlara qarşı törədilən qırğını bütün çılpaqlığı ilə ifşa etdi.
Sonra “20 Yanvar” cəmiyyəti Binəqədi rayon şöbəsinin sədri Ağarza Xankişiyev, 20 Yanvar şəhidi Fərizə Allahverdiyevanın anası Bağda Nəbiyeva, 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin bacısı Könül Bünyadzadə çıxış ediblər.
Daha sonra tədbir bədii qiraət ustalarının ifasında istiqlal mübarizəsi tariximizə qəhrəmanlıq salnaməsi kimi daxil olmuş 20 Yanvar hadisəsini tərənnüm edən şeirlərin oxunması ilə davam edib. Anım mərasimi tədbir iştirakçıları və rayon ictimaiyyətinin “Güllə Yağışı” abidəsinin önünə gül dəstələri qoyması və şəhidlərin ruhuna öz ehtiramlarını bildirmələri ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29

