/ / Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının yığıncağında bələdiyyələrin iqtisadi və maliyyə potensialının gücləndirilməsi məsələləri müzakirə edilib
Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının yığıncağında bələdiyyələrin iqtisadi və maliyyə potensialının gücləndirilməsi məsələləri müzakirə edilib
22.04.2015 [09:51]
Aprelin 21-də Yevlaxda Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (AŞBMA) növbəti ümumi yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Milli Məclisin, Ədliyyə Nazirliyinin, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Yevlax şəhərinin mərkəzi meydanındakı abidəsi önünə tər çiçəklər düzərək, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Yığıncaqda AŞBMA-nın sədri Əbülfəz Babayevin qurumun illik hesabatı və fəaliyyətinin əsas istiqamətləri haqqında məruzəsi dinlənilib. Bildirilib ki, ölkədə dövlət quruculuğu siyasətinin uğurla davam etdirilməsi yerli özünüidarəetmə orqanlarının ictimai-siyasi həyata daha yaxından inteqrasiyasına səbəb olub, bələdiyyələrin maliyyə, iqtisadi və kadr potensialının təkmilləşdirilməsinə xidmət edən qanunların qəbulu onların inkişafı üçün möhkəm zəmin yaradıb. Ötən ilin dekabr ayında şəffaf və demokratik şəraitdə keçirilmiş bələdiyyə seçkiləri nəticəsində bələdiyyə üzvlərinin keyfiyyət tərkibinin gücləndirilməsi yerli özünüidarəetmə institutunun daha da möhkəmlənməsinə xidmət edib. Son illər ərzində bələdiyyələr əhalini narahat edən problemlərin həllinə yönəlmiş sosialyönümlü layihələr həyata keçiriblər.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri Kamran Bayramov tədbirdə çıxış edərək, bələdiyyələrlə bağlı qanunvericilikdən, bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsi, yerli özünüidarəetmənin inkişafı, vətəndaş cəmiyyətinin qurulması zamanı demokratik prinsiplərin tətbiqində bələdiyyələrin rolunun artırılması məsələlərindən danışıb, tövsiyələrini bildiriblər.
Naxçıvan Muxtar Respublikası Bələdiyyələri Assosiasiyasının sədri Nurələm İbrahimov, Kəpəz, Binəqədi, Mingəçevir, Qax və digər bələdiyyələrin sədrləri görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib, özünüidarəetmə orqanlarının uğurlu fəaliyyəti ilə əlaqədar bir sıra təkliflər irəli sürüblər.
İşgüzar şəraitdə keçən yığıncaqda 2014-cü ilin iyun ayında keçirilmiş bələdiyyə sədrlərinin III Ümumrespublika toplantısında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinin vəziyyəti, o cümlədən əhalini narahat edən problemlərin həllinə yönəldilən sosial layihələrin həyata keçirilməsi, vətəndaşların yerli özünüidarəetmə prosesində iştirakı, vətəndaş-bələdiyyə münasibətlərinin, bələdiyyələrin iqtisadi və maliyyə potensialının gücləndirilməsi və digər məsələlər müzakirə edilib.
Tədbirdə bələdiyyələrin iqtisadi və maliyyə potensialının gücləndirilməsi, vergitutma obyektlərinin və vergi ödəyicilərinin uçotunun aparılması işinin təşkilində bələdiyyələrə kömək göstərilməsi məqsədilə “Bələdiyyələrdə vergitutma obyektlərinin və vergi ödəyicilərinin uçotu proqramı”nın təqdimatı keçirilib.
Yığıncaqda nəzarət təftiş komissiyasının hesabatı dinlənilib, 2015-ci ilin büdcəsi təsdiq edilib və təşkilati məsələlərə baxılıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

