/ / İsmayıllıda “Azərbaycanda multikultural dəyərlər: mədəni müxtəliflik və sivil birgəyaşayış məkanı” mövzusunda regional konfrans keçirilib
İsmayıllıda “Azərbaycanda multikultural dəyərlər: mədəni müxtəliflik və sivil birgəyaşayış məkanı” mövzusunda regional konfrans keçirilib
09.12.2016 [09:45]
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanda multikultural dəyərlər: mədəni müxtəliflik və sivil birgəyaşayış məkanı” mövzusunda regional konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, şimal-qərb regionu üzrə dini icmaların sədrləri, habelə yerli və respublika əhəmiyyətli qəzetlərin baş redaktorları iştirak ediblər.
Əvvəlcə Ulu öndərin abidəsi önünə gül dəstələri düzülüb, Heydər Əliyev Mərkəzinin foyesində təşkil edilmiş sərgi ilə tanışlıq olub.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli konfransı açaraq, Azərbaycanda tarixən müxtəlif millətlərin, dini-etnik icmaların nümayəndələrinin dinc və mehriban şəraitdə yaşadığını bildirib. Diqqətə çatdırılıb ki, hazırda Xaçmaz, Quba, Qusar, Qəbələ, İsmayıllı, Qax, Lənkəran, Gədəbəy və digər rayonların timsalında multikultural ənənələr daha da inkişaf etdirilir.
Vüqar Səfərli Fondun maliyyə yardımı ilə bir sıra qəzetlərdə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hər il 600 səhifəyədək layihə materialının, habelə fərdi jurnalist yazıları müsabiqələri çərçivəsində çoxsaylı yazıların dərc edildiyini vurğulayıb.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək, “Multikulturalizm ili” çərçivəsində İsmayıllıda həyata keçirilən layihələrdən danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin həyat tərzidir” adlı məruzəsində ölkəmizdə multikultural dəyərlərin tarixi inkişaf mərhələlərinə nəzər salıb.
Sonra Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Xidmətinin baş məsləhətçisi Müzəffər Talıblı “Multikulturalizm Azərbaycanda dövlət siyasətinin prioritet istiqaməti kimi” və “Trend” İnformasiya Agentliyinin direktor müavini Arzu Nağıyev “Multikultural dəyərlərin təşviqində medianın rolu” mövzusunda məruzə ediblər.
Etnik dini icmaların və ictimaiyyətin nümayəndələrindən İvanovka kənd tam orta məktəbinin tarix müəllimi Nadejda Jabina, Qalacıq inzibati ərazi dairəsi üzrə nümayəndə Təbriz Eminov, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı-Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhməd Mustafayev, Lahıc qəsəbə tam orta məktəbinin müəllimi Dadaş Əliyev, “Cümə” məscidinin axundu Elnur Yusifov, din xadimi Ağakərim Novruzov çıxış edərək tolerantlığın və multikulturalizmin İsmayıllıda və ətraf bölgələrdə tarixən mövcudluğu barədə məlumat verib, Prezident İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasətin təbliği və təşviqi istiqamətində öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini bildiriblər.
Qonaqlar və konfrans iştirakçıları rayonda yeni açılmış Bilik Evi və Multikulturalizm Mərkəzi ilə də tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42

