Azərbaycan həmişə olduğu kimi, 15 iyul hadisələri zamanı da Türkiyənin yanında olub
14.07.2017 [10:05]
Ötən il iyulun 15-də bütün dünya türk xalqının vətənini müdafiə etmək üçün necə fədakarlıq göstərdiyinin və bunun üçün canından keçdiyinin canlı şahidi oldu. Türkiyədə həmin gün baş verən hadisələr heç vaxt unudulmayacaq. Həmin gecə türk xalqı dövlətinə və demokratiyaya sahib çıxmaqla dünyaya qüdrətini, əzəmətini və regionun ən güclü dövlətlərindən olduğunu bir daha göstərdi.
AZƏRTAC xəbər verir ki, bu fikirlər “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə ötən il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhdlə bağlı keçirilən tədbirdə səslənib.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxış edərək bildirib ki, ötən il ölkəsində baş verən xain çevriliş cəhdi Türkiyəyə qarşı ən böyük xəyanətlərdən biridir. 15 iyul hadisələri zamanı günahsız insanlara qarşı silahlardan istifadə ediblər. Nəticədə 250 insan şəhid olub, 2000-dən çox insan isə yaralanıb. Bu hadisələr Türkiyə demokratiyası üçün böyük sınaq idi. Türk xalqı bu sınaqdan üzüağ çıxmağı bacardı. Türkiyədə partiya mənsubiyyətindən asılı olmayaraq, hamı demokratiya naminə birləşərək öz gələcəyinə sahib çıxıb.
Diplomat Azərbaycanın hər zaman olduğu kimi, 15 iyul hadisələri zamanı da Türkiyənin yanında olduğunu vurğulayıb və bu dəstəyə görə xalqımıza və Prezident İlham Əliyevə təşəkkür edib. “Biz Azərbaycanla olan qardaşlığımızdan böyük qürur duyuruq”, - deyən səfir diqqətə çatdırıb ki, Türkiyə dövləti və milləti bundan sonra daha güclü olacaq.
İctimai Birliyinin sədri, “Hərbi and” qəzetinin baş redaktoru Emin Həsənli deyib ki, türk xalqı həmin gün qətiyyətli mövqe ortaya qoyaraq, vaxtında həmin çevrilişin qarşısını aldı. Azərbaycan xalqı 1994-1995-ci illərdə Ulu öndər Heydər Əliyevin çağırışı ilə çevrilişlərə yox dediyi kimi, türk xalqı da baş verən çevrilişə yox deyərək, Türkiyədə hakimiyyətin dəyişməsinin yolunu ancaq seçkilər olduğunu ortaya qoyub. Qardaş Türkiyənin güclənməsi və inkişafı Azərbaycanı da sevindirir. Biz Türkiyənin bütün uğurlarına sevinirik.
Tədbirdə Milli Məclisin deputatları Hikmət Babaoğlu və Elman Nəsirov qanlı hadisənin siyasi aspektlərindən söz açaraq vurğulayıblar ki, 15 iyulda çevrilişə cəhd edənlər Türkiyənin inkişafını istəməyən qüvvələr idi. Lakin bu qüvvələr xalqın iradəsinə bələd deyildilər. Türk xalqı öz Prezidentinin ətrafında sıx birləşərək bu qüvvələrin öz niyyətlərinə çatmasına imkan vermədi.
Xəbər lenti
Hamısına baxDünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05

