Regionlarda zona müşavirələri keçirilib
21.11.2017 [09:51]
Noyabr ayının 15-18-i tarixlərində Sumqayıt, Şirvan, Yevlax və Qəbələ şəhərlərində ölkəmizin şəhər və rayonlarını əhatə edən ərazi vergi departament və idarələrinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə zona müşavirələri keçirilib. Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, dövlət vergi orqanlarında vətəndaş müraciətlərinə baxılması vəziyyəti, ərazi vergi orqanları üzrə müəyyən olunmuş vergi proqnozlarının icrasının təmin olunması, eləcə də cari ilin 10 ayı ərzində görülmüş işlər və 2018-ci ildə ərazi vergi orqanlarının qarşısında duran vəzifələrə həsr olunmuş zona müşavirələrində çıxış edən vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov 2017-ci ilin yanvar-oktyabr ayları ərzində ərazi vergi orqanları üzrə proqnoz tapşırıqlarına ümumilikdə 109,1 faiz əməl olunduğu, proqnoz tapşırıqlarının bütün şəhər və rayonlar üzrə icra edildiyi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafının davamlı olaraq təmin edilməsi nəticəsində iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edən və 1999-cu ildən etibarən kənd təsərrüfatının torpaq vergisi istisna olmaqla, bütün vergilərdən tamamilə azad olunmasına baxmayaraq, son 10 il ərzində ərazi vergi orqanları üzrə vergi daxilolmalarının 7 dəfəyədək artaraq 86,6 milyon manatdan 600,8 milyon manata çatdırıldığını bildirib.
“Dövlət vergi orqanlarında vətəndaş müraciətlərinə baxılması vəziyyəti, vergi orqanları üçün müəyyən olunmuş proqnozların icrasının təmin olunması və vergi inzibatçılığına dair bəzi məsələlər haqqında” Vergilər Nazirliyinin Kollegiya Qərarı ilə cari ilin son iki ayında və 2018-ci ildə vətəndaş müraciətlərinə baxılması və dövlət vergi orqanları üzrə müəyyən edilmiş proqnoz tapşırıqlarının icrasının təmin edilməsi ilə bağlı verilmiş göstərişlərin mahiyyəti müşavirə iştirakçılarının nəzərinə çatdırılıb. Sonra Vergilər Nazirliyinin hər bir ərazi vergi orqanının fəaliyyətinin əsas istiqamətləri üzrə aparılmış konkret təhlillərin nəticələri, aşkar edilmiş nöqsanlar və onların aradan qaldırılması yolları barədə məruzələr müşavirə iştirakçılarına təqdim olunub.
Zona müşavirələrində hesabatla çıxış edən ərazi vergi orqanlarının rəhbərləri və digər vəzifəli şəxsləri müəyyən olunmuş vəzifələrin icrasının təmin olunması üçün görülən tədbirlər barədə məlumat veriblər.
Müzakirələrdə vətəndaş müraciətlərinə baxılması zamanı vergi ödəyicilərinin məmnunluq səviyyəsinin yüksəldilməsinin zəruriliyi, vergi ödəyiciləri tərəfindən vergilərin könüllü surətdə ödənilməsinə keçidin sürətləndirilməsi, səyyar, xüsusilə kameral vergi yoxlamalarının, eləcə də operativ vergi nəzarəti tədbirlərinin sayının azaldılması, aparılan yoxlama və nəzarət tədbirlərinin səmərəliliyinin artırılması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, vergi orqanlarının müxtəlif strukturları arasında koordinasiyanın daha səmərəli təşkili, vergi borclarının alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin effektivliyinin artırılması, vergi orqanlarında vergi borclarının alınmasına cavabdeh olan strukturların, habelə vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələri və şöbələrinin fəaliyyətində korrektələr edilməsinin, şəxsi heyətlə aparılan işlərin gücləndirilməsinin zəruriliyi xüsusi olaraq vurğulanıb. Vergi uçotunun dəqiqləşdirilməsi və şəffaflaşdırılması istiqamətində aparılan işlər zamanı ortaya çıxan çətinliklər, vergi ödəyicilərinin bəzi kateqoriyaları, xüsusilə idxal və ixracla məşğul olan vergi ödəyicilərinin dövlət tərəfindən müəyyən olunmuş vergiləri dövlət büdcəsinə vaxtında və tam həcmdə ödəmələrini təmin etməklə bağlı məsələlər ətraflı müzakirə olunub.
Yevlax şəhərində keçirilən tədbir çərçivəsində kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan vergi ödəyiciləri ilə ayrıca görüş keçirilib. Görüşdə kənd təsərrüfatı məhsullarının ixracının stimullaşdırılması üçün dövlət tərəfindən görülən tədbirlər barədə məlumat verən S.Ələkbərov bildirib ki, bu, ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalının və onların digər ölkələrə ixracının artmasına ciddi təkan verib. Bununla yanaşı, belə vergi ödəyiciləri arasında ciddi vergidən yayınma hallarının olduğu qeyd edilərək, bunun səbəbləri təhlil olunub, vergi ödəyicilərinin qaldırdığı məsələlər və verdikləri təkliflər dinlənilib. Xüsusi olaraq vurğulanıb ki, bir sıra hallarda bəzi işbazlar vergidən yayınmaq və buna görə heç bir məsuliyyət daşımamaq məqsədilə kənd təsərrüfatı məhsullarının ixracı prosesinə bu işə səriştəsi olmayan insanları cəlb edir, onların əli ilə vergi qanunvericiliyini kobud surətdə pozaraq vergidən yayınmağa cəhd göstərirlər. Vergi orqanları tərəfindən belə faktlar aşkarlandıqda isə məlum olur ki, müvafiq sənədləri imzalamış və qanun qarşısında cavabdehlik daşıyan şəxslər əslində bütün işlərdən xəbərsizdirlər və onlara cüzi vəsait ödənilməklə külli miqdarda vergilərdən yayınma hallarına görə məsuliyyət belə şəxslərin üzərinə atılıb.
Bu kimi hallarla qarşılaşmamaq üçün görüş iştirakçılarına konkret tövsiyələr verilib, öz fəaliyyətlərini şəffaf və qanun çərçivəsində qurmalarının zəruriliyi onlara bir daha izah edilib.
Zona müşavirələrinin keçirildiyi şəhərlərdə nazir müavini S.Ələkbərov tərəfindən Azərbaycan Respublikasının Prezidentinə və Birinci vitse-prezidentinə müraciət ünvanlamış vətəndaşların qəbulları keçirilib, həmin vergi ödəyicilərinin qaldırdığı məsələlərin həlli üçün konkret tədbirlər görülüb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

