Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı
23.11.2017 [10:00]
Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 10 may 1994-cü il tarixdə “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” 181 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, Maliyyə Nazirliyi və müvafiq icra hakimiyyəti orqanları büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə 1 sentyabr 1994-cü il tarixədək orta əmək haqlarının verilməsini təmin etsinlər.
Sonrakı illərdə Nazirlər Kabinetinin müvafiq qərarları ilə yuxarıda göstərilən qərarın icra müddəti hər il nəzərdə tutulan vaxtadək uzadılmış və beləliklə dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və heç bir yerdə işləməyən məcburi köçkünlərə orta aylıq (dondurulmuş) əməkhaqqı 1 yanvar 2017-ci il tarixədək verilmişdir.
Qeyd edirik ki, cari ildə də Komitə tərəfindən həmin qərarın müddətinin uzadılması ilə bağlı aidiyyəti dövlət orqanları ilə hərtərəfli müzakirələr aparılmış, lakin qərarın müddətinin uzadılması məqsədəuyğun hesab edilməmişdir. Odur ki, 2017-ci il 1 yanvar tarixdən məcburi köçkünlərə orta aylıq (dondurulmuş) əməkhaqqının verilməsi dayandırılmışdır.
Həmçinin bildirilmişdir ki, məcburi köçkünlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işə düzəlmək və ya sosial yardım almaq üçün müraciət etsinlər. Maraqlıdır ki, onlar nə üçün müraciət etmirlər və Əlövsət Sadıqlı, əgər, doğrudan onların hüquqları ilə məşğuldursa, nə üçün onların müraciət etməsi ilə məşğul olmur. Məlumat üçün bildiririk ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu ilin 9 ayında müraciət edənlərin 1150 nəfəri artıq işlə təmin edilib.
Onu da bildiririk ki, həmin vəsait işğal altında olan rayonların illik büdcələrində nəzərdə tutulurdu və Komitəyə aidiyyəti olmayıbdır.
Məlumat üçün bildiririk ki, bütün bunlara baxmayaraq, bu təbəqədən olan məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədi ilə Komitə tərəfindən aidiyyəti dövlət orqanlarına həmin şəxslərin ünvanlı sosial yardımla və ya işlə təmin edilməsi üçün məktub göndərilmişdir.
Bununla bağlı onların dəfələrlə şifahi və yazılı müraciətlərinə Dövlətqaçqınkomun rəhbərliyi tərəfindən cavab verilməsinə, fərdi və kollektiv şəkildə gələnlərin qəbul edilməsinə baxmayaraq, guya “Məcburi köçkünlərin hüquqlarını müdafiə komitəsi” yaradaraq özünü onların “himayədarı” qismində aparan Əlövsət Sadıqlı bir qrup məcburi köçkünü də ətrafına toplayaraq noyabrın 1-də Nazirlər Kabinetinin qəbul otağında yığışmışlar. Məsələ ilə bağlı onlara lazımi izahatlar verilmişdir. Lakin Əlövsət Sadıqlı öz niyyətini həyata keçirmək məqsədilə 13 dəqiqəlik video hazırlayaraq onu öz facebook səhifəsində və xaricdə yaşayan, hər gün ölkənin hökumət məmurlarının ünvanına şər-böhtanlar yağdıran oğlu Tural Sadıqlının idarə etdiyi “Azad Söz” facebook səhifəsində yerləşdirmiş və həmin videoda dövlət məmurunu özünəməxsus şəkildə ittiham etmiş və onlar haqqında təhqiramiz fikirlər səsləndirmişdir.
Bununla da kifayətlənməyən Əlövsət Sadıqlı və ətrafına topladığı bir qrup şəxs noyabrın 15-də yenidən Dövlətqaçqınkomda vətəndaşların qəbul günündə Dövlətqaçqınkomun inzibati binasının qarşısına gəlmiş və burada şüarlar səsləndirərək aksiya təşkil etməyə cəhd göstərmişlər. Onların müraciəti əsasında Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov həmin gün bu məqsədlə qəbula gələnlərlə yenidən görüşmüş və onlara ətraflı izahatlar vermişdir.
Lakin sonradan Əlövsət Sadıqlı yenidən özünün facebook səhifəsində bununla bağlı çoxsaylı məlumatlar yerləşdirmiş və həmin məsələlərə təhqiramiz “şərhlər yazan” şəxslərin fikirlərini paylaşmışdır.
Əlövsət Sadıqlının özü ilə qəbula gətirdiyi şəxslərdən bir qismi müxtəlif yerlərdə işləmələrinə baxmayaraq dondurulmuş əməkhaqqı tələbi ilə çıxış edirlər.
Əlavə olaraq bildiririk ki, Əlövsət Sadıqlı pensiya yaşındadır və özünün həmin dondurulmuş əməkhaqqına heç bir aidiyyəti yoxdur. Lakin Əlövsət Sadıqlı Ağdam rayon İcra Hakimiyyətini aldadaraq oğlunun xaricdə yaşaması barədə məlumat verməyib və uzun müddət qanunsuz olaraq xaricdə yaşayan oğlu Tural Sadıqlının əvəzində müavinət alıb. Hazırda Ağdam rayon İcra Hakimiyyəti tərəfindən Tural Sadıqlı müavinət alanların siyahısından çıxarılıb.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24

