Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qazaxda 51 mindən çox sakin kütləvi tibbi müayinədən keçib

Qazaxda 51 mindən çox sakin kütləvi tibbi müayinədən keçib

10.04.2018 [09:35]

Məlum olduğu kimi, bir neçə ildir ki, ölkəmizdə vətəndaşların pulsuz kütləvi tibbi müayinəsi həyata keçirilir.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da bu vacib tədbirin mütəşəkkil keçirilməsi məqsədilə hazırlıq işləri aparılıb və tibbi personal bu işə cəlb olunub.
Fevralın 12-dən start götürən tibbi müayinə hazırda rayonda uğurla davam edir. Kəndlərdə və digər yerlərdə yataq xəstələrinə həkim briqadaları evlərdə tibbi xidmət göstərir, eyni zamanda, rayonun cəbhə bölgəsində yerləşən kəndlərinə səyyar həkim briqadaları ezam olunur.
Qazax Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Kamandar İbrahimov AZƏRTAC-a bildirib ki, tibbi müayinə Müalicə Diaqnostika Mərkəzi ilə yanaşı, rayon üzrə iki daimi məntəqədə və bir səyyar briqada tərəfindən aparılır. Tibbi müayinə başlayan gündən rayonda 51 min 315 nəfər tibbi müayinədən keçib. Müayinədən keçənlərin 3923 nəfərinə ambulator müalicə təyin edilib, 133 nəfəri stasionar müalicəyə cəlb olunub, 115 nəfər üzərində cərrahiyə əməliyyatı aparılıb. 23 nəfəri isə Bakı və Gəncə şəhərlərinə ixtisaslaşdırılmış xəstəxanalara göndərilib.

Paylaş:
Baxılıb: 454 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31