Notarius korpusunun komplektləşdirilməsi məqsədilə ardıcıl tədbirlər davam etdirilir
24.07.2018 [09:21]
Ölkə iqtisadiyyatının inkişafında və vətəndaşların mülki hüquq münasibətlərindən irəli gələn məsələlərin həllində mühüm rol oynayan notariat orqanlarının fəaliyyəti təkmilləşdirilir, onların səlahiyyətləri genişləndirilir. Beynəlxalq təcrübəyə uyğun xüsusi notariat institutu yaradılaraq geniş tətbiq olunur. Notariat kontorlarını vahid şəbəkədə birləşdirən “Elektron notariat” informasiya sistemi istifadəyə verilib ki, bununla da notariat hərəkətlərinin rəsmiləşdirilməsi xeyli sadələşdirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu sahədə islahatlara və yeniliklərə beynəlxalq maraq artaraq Azərbaycanın nailiyyətləri nümunəvi qiymətləndirilir, bir çox dövlətlər müsbət təcrübəmizdən bəhrələnirlər.
Notariat fəaliyyətinin daha səmərəli təşkili, əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər davam etdirilir.
Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə yaradılmış, ictimai xidmətlərin müasir modeli olan “ASAN xidmət” mərkəzlərində notariat sahəsində də əhaliyə səmərəli xidmətlər göstərilir, həmin mərkəzlərdə verilən sənədlərin 40 faizdən çoxu məhz notariat orqanlarının payına düşür.
Yüksək vətəndaş məmnunluğu doğuran, paytaxtda və bölgələrdə fəaliyyət göstərən “ASAN xidmət” şəbəkəsi genişləndirilərək Ağcabədi, Tovuz, Şamaxı, Kürdəmir və Cəlilabad rayonlarında da yeni mərkəzlərin təsis edilməsi nəzərdə tutulur. Ədliyyə Nazirliyi tərəfindən həmin mərkəzlərdə təşkil olunacaq notariat kontorlarında, habelə hazırda Şirvan şəhəri, Beyləqan, Xaçmaz, Lənkəran, Salyan və Yevlax rayonlarında vakant olan notarius vəzifələrində fəaliyyət göstərmək məqsədilə şəhadətnamə almaq istəyən, “Notariat haqqında” Qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları üçün sənədlərin qəbulu elan olunur.
Test imtahanında iştirak etmək arzusunda olan şəxslər sənədlərini 2018-ci il avqustun 1-dən etibarən Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə (Bakı şəhəri, Azadlıq prospekti, 72) bütün iş günləri təqdim edə bilərlər.
“Notariat haqqında” Qanunun və “Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, test imtahanından uğur qazanmış namizədlər növbəti mərhələ olan müsahibəyə buraxılırlar. Müsahibəni müvəffəqiyyətlə başa vuranlar isə Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunurlar. Bu zaman onlar, həmçinin notariat fəaliyyəti üzrə təcrübə də keçirlər. İcbari təlimin yekununda aparılan qiymətləndirmənin nəticəsi üzrə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə verilir.
Tələb olunan sənədlərin siyahısı, imtahan, müsahibə və icbari təlimin keçirilməsi qaydaları ilə nazirliyin internet saytında (www.justice.gov.az) tanış olmaq, habelə 404-42-28, 404-42-29 nömrəli əlaqə telefonları vasitəsilə məlumat almaq mümkündür.
Test imtahanının vaxtı və yeri barədə əlavə informasiya veriləcək.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04

