UNEC ikili diplom proqramlarının sayını artırdı: 6 proqram reallaşdırılacaq
04.07.2019 [09:45]
UNEC-də 3 yeni ikili diplom proqramının təqdimatı keçirilib.
Tədbirdə UNEC-in müvafiq struktur rəhbərləri ilə birlikdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Fransanın Azərbaycandakı səfirliyinin nümayəndələri, təhsil üzrə ekspertlər və digər ali təhsil müəssisələrinin əməkdaşları iştirak ediblər.
Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli Azərbaycan Prezidentinin 2018-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən danışıb. Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə uyğunlaşdırılmasının və yeni təhsil mühitinin yaradılmasının Dövlət Proqramının əsas hədəflərindən olduğunu diqqətə çatdırıb. Bu istiqamətdə ölkədə həyata keçirilən tədbirlərdən söz açan nazirlik rəsmisi UNEC-in ikili diplom proqramlarına diqqət çəkib. O, UNEC-in ölkənin ali təhsil müəssisələri arasında ikili diplom proqramlarının sayına görə lider olduğunu vurğulayıb.
Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri və Fransa-Azərbaycan İnstitutunun direktoru Johan Schittererin Fransa dövlətinin ikili diplom proqramları istiqamətində məqsədyönlü strategiyasının olduğunu bildirib. UNEC-in Montpellier Universiteti ilə uğurlu ikili diplom proqramı reallaşdırdığını diqqətə çatdıran səfirlik rəsmisi proqramın əhəmiyyətindən danışıb. O, proqramda iştirak edən UNEC tələbələrinin potensialının çox yüksək olduğunu və ən yaxşı nəticələr göstərdiklərini deyib.
Tədbirdə UNEC-in ABŞ-ın Linkoln Universiteti ilə ikili diplom proqramı reallaşdırması münasibətilə Linkoln Universitetinin rektorunun təbrik videoçarxı nümayiş olunub.
UNEC-in Fransanın iki aparıcı universiteti ilə ikili diplom proqramı reallaşdırdığını bildirən tədris və təlim texnologiyaları üzrə prorektor, dosent Anar Rzayev bu istiqamətdə Fransa səfirliyi tərəfindən UNEC-ə hər zaman dəstək göstərildiyini qeyd edib. A.Rzayev yeni tədris ilindən reallaşdırılacaq 3 yeni ikili diplom proqramı barədə təqdimatla çıxış edib. O, Fransanın Paris şəhərində yerləşən Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan ICD Beynəlxalq Biznes Məktəbi ilə bakalavr, ABŞ-ın Linkoln Universiteti və Fransanın Montpellier Universiteti ilə MBA və magistratura pilləsi üzrə ikili diplom proqramlarının şərtlərini açıqlayıb.
Tədbirdə bildirilib ki, UNEC hazırda London Universiteti London İqtisadiyyat Məktəbi, Fransanın Montpellier Universiteti, İsveçrənin UBİS (Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti) Universiteti ilə ikili diplom proqramları reallaşdırır. Rusiyanın Moskva Dövlət Humanitar İqtisad Universiteti ilə isə ikili diplom proqramı artıq yekun mərhələsindədir. Ötən il Montpellier Universitetindən UNEC-in 5 tələbəsi, bu il isə 13 tələbəsi məzun olub. Magistr pilləsi üzrə İsveçrənin UBİS Universitetindən məzun olan UNEC-in 4 magistrinə diplomlar təqdim olunub.
Tədbirdə iştirakçıların sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

