/ / Azərbaycanın və Türkiyənin daxili işlər orqanları arasında əməkdaşlığın hazırkı səviyyəsi məmnunluq doğurur
Azərbaycanın və Türkiyənin daxili işlər orqanları arasında əməkdaşlığın hazırkı səviyyəsi məmnunluq doğurur
07.11.2019 [09:27]
Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Daxili İşlər nazirinin müavini İsmail Çataklı ilə görüşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə V.Eyvazov dövlətlərimizin başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin daha da dərinləşdiyini məmnunluqla vurğulayıb.
Cəmiyyət həyatının bütün istiqamətlərində olduğu kimi, ölkəmizdə təhlükəsizlik sahəsinin də möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə xüsusi önəm verildiyini diqqətə çatdıran general-polkovnik Vilayət Eyvazov bu gün Azərbaycan Polisinin, Daxili Qoşunların peşəkarlıqla fəaliyyət göstərdiyini, ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə aparıcı hüquq-mühafizə orqanı kimi öz yerini tutduğunu xüsusi qeyd edib, qazanılmış uğurlarda Türkiyə Jandarm Qüvvələrinin, Türkiyə Polisinin də danılmaz rolunun, xidmətinin olmasına diqqət çəkib. Buna görə Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Jandarm Qüvvələrinin rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirən V.Eyvazov Türkiyə Respublikasının Daxili İşlər naziri Süleyman Soyluya salamlarını çatdırmağı nazir müavinindən xahiş edib.
Səmimi görüşə və ətraflı məlumata görə minnətdarlığını bildirən Türkiyənin Daxili İşlər nazirinin müavini İsmail Çataklı respublikamıza ikinci gəlişindən, ölkəmizin sürətli inkişafından, sabitlikdən, əmin-amanlıqdan, Bakının dünyanın ən gözəl paytaxtlarından, ən təhlükəsiz şəhərlərindən biri olmasından məmnunluğunu diqqətə çatdırıb. O, qarşılıqlı faydalı işbirliyinin daha da genişlənməsinə bundan sonra da səy göstərəcəyini ifadə edib.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

