Bakı şəhəri və ətraf qəsəbələrdə içməli su layihələrinin icrası davam edir
21.12.2019 [09:25]
Prezident İlham Əliyevin əhalinin içməli su təminatının yaxşılaşdırılması barədə tapşırıqlarına uyğun olaraq “Azərsu” ASC tərəfindən Bakı şəhəri və ətraf qəsəbələrdə içməli su layihələrinin icrası davam etdirilir.
“Azərsu” ASC-dən verilən məlumata görə, Bakı şəhəri Xətai rayonu Məzahir Rüstəmov, Sarayevo, Qaçaq Nəbi, Seyid Əzim Şirvani küçələrində, Babək prospekti və Məhəmməd Hadi küçəsinin bir hissəsində, həmçinin Neapol dairəsi ərazisində yaşayan sakinlərin içməli su təchizatının yaxşılaşdırmaq məqsədilə “Azərsu” tərəfindən yeni layihənin icrasına başlanılıb.
Qeyd edək ki, indiyədək bu ərazilərin paylayıcı su şəbəkəsinə içməli su 400 və 500 millimetr diametrli 2 magistral xətt vasitəsilə verilib. Yaşayış massivləri salınarkən inşa edilmiş bu xətlər uzun müddətdir istismar olunaraq qəzalı vəziyyətə düşdüyündən normal su təchizatını aparmaq mümkün olmurdu. Buna görə də ərazini içməli su ilə təmin edən kəmərlər yenisi ilə əvəzlənir. Layihə çərçivəsində adıçəkilən küçələrdə 1000 millimetr diametrli borularla 3 kilometr uzunluğunda yeni magistral su kəmərinin tikintisi həyata keçirilir. Magistral kəmərboyu 1,8 kilometrlik müşayiətedici xətt də inşa edilir. Layihənin qısa müddətdə başa çatdırılması məqsədilə tikinti işləri eyni vaxtda 4 nöqtədə aparılır. Qısa müddət ərzində magistral kəmərin 25 faizindən çoxu çəkilib və tikinti-quraşdırma işlərinin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
Məlumatda deyilir ki, magistral kəmərin tikintisi başa çatdıqdan sonra şəbəkəyə birləşmələr veriləcək. Bununla da, Məzahir Rüstəmov, Sarayevo, Qaçaq Nəbi, Seyid Əzim Şirvani, Məhəmməd Hadi küçələrində, həmçinin Babək prospekti və Neapol dairəsi ərazisində yaşayan sakinlərin dayanıqlı su təchizatı təmin olunacaq. İçməli suyun optimal idarə olunması məqsədilə magistral və şəbəkə xətləri üzərində müxtəlif nöqtələrdə 21 siyirtmə quyusu tikiləcək, yanğın təhlükəsizliyi üçün 3 hidrant quraşdırılacaq.
Tikinti-quraşdırma işləri başa çatdıqdan sonra ərazidəki yol infrastrukturu da yenidən qurulacaq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

