COP üçün yenilik olan bir təşəbbüs Azərbaycan tərəfindən irəli sürülüb
29.05.2024 [10:40]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına müsahibə verib.
COP29 zamanı baş tutacaq işlərdən danışan ölkə başçısı qeyd edib ki, Azərbaycanda tədbir zamanı qlobal əhəmiyyətli məsələlər müzakirə olunacaq və qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməli olduğumuz, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməli və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalı olduğumuzla bağlı məsələlərin geniş aspektdə müzakirə olunacağı da bildirilmişdir. Prezident İlham Əliyev müsahibə zamanı qeyd edib: "Biz bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyirik. Bizim Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəmiz var. Bildiyiniz kimi, Hərəkata dörd il sədrlik etdik. Hesab edirəm ki, 120 üzv ölkə ilə biz həqiqətən də böyük tərəqqiyə nail olduq. Biz Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyirik. Bu gün konfransda dediyim kimi üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannaməni imzalamışıq və qəbul etmişik. Digər sözlə, Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq? Çünki siz fərqli ideyaları, fərqli fikirləri bilirsiniz. Avropadakı, Qoşulmama Hərəkatındakı iştirakımızla bağlı dediklərimdən əlavə, həmçinin bir məsələni də anlamaq vacibdir ki, biz həm də OPEC+ üzv ölkəsiyik. Biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Hesab edirəm ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsidir".
COP29 beynəlxalq tədbirində uğurlu nəticələrin əldə olunacağına heç bir şübhə yoxdur: "Ölkəmizin sahibi olduğu geniş təcrübə və təşəbbüskarlıq bunu deməyə əsas verir. Xatırladaq ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dörd il müddətində körpü rolunu oyanamaqda böyük təcrübə qazanmışdır. Qeyd edək ki, bu illər ərzində ölkəmiz həqiqətən də, 120 ölkə arasında körpü rolunu oynamaqla, ciddi tərəqqiyə nail olmuşdur.
Şübhəsiz ki, ölkəmizin qazandığı uğurlarda Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü müdrik və uzaqgörən siyasət olduqca mühüm amildir. Qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, beynəlxalq aləmdə öz sözünü deyən ölkəyə çevrilib. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, eləcə də, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib. Əminliklə deyə bilərik ki, COP-29-un ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda artan gücünün və nüfuzunun növbəti təzühürü olacaq.
Göründüyü kimi, iqlim dəyişmələrinin təsirləri təsəvvür etdiyimizdən də ağırdır. Bu səbəbdən də ölkəmizdə ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlər görülür. Ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı islahatlar kontekstində ölkəmiz iqlim dəyişmələri çərçivəsində yeni çağırışlara hazırdır. Bu, xüsusi nəzarətə götürülüb. Son 30 ildə dünyada ekoloji tarazlığın qorunması, eyni zamanda Azərbaycanın beynəlxalq təşkilatlarla fəaliyyəti nəticəsində ciddi irəliləyişlər əldə olunub. Ancaq Birinci Qarabağ müharibəsindən sonra Ermənistanın Azərbaycan ərazisində törətdiyi vəhşiliklər ekologiyamıza sağalmaz yaralar vurub. Dövlət başçısının dediyi kimi: "Ermənistan faktiki olaraq Azərbaycana qarşı ekoloji terror törədib və o torpaqlar yenidən həyata qaytarılmalıdır". Əlbəttə, Azərbaycan bu istiqamətdə böyük işlər görür. Ermənistan tərəfindən xarabazarlığa çevrilən, ölkəmizin ən gözəl regionlarından sayılan Qarabağın perspektivləri Azərbaycanın davamlı inkişafı üçün çox əhəmiyyətlidir.
Azərbaycanın COP29-a ev sahibi seçilməsi ən ədalətli qərardır. Şübhəsiz ki, ölkəmiz bu etimadı doğruldacaq. Neft və qaz ölkəsi olmasına, 30 il müharibə şəraitində yaşamasına, torpaqlarının 20 faizinin çirkləndirilməsinə baxmayaraq, bütün bunlara qarşı ciddi mübarizə aparan ölkəmiz öz təşəbbüsləri ilə yenə də seçiləcək, təbiətə laqeyd, ögey münasibət bəsləyənləri yaşıl dünya naminə həmrəy edə biləcək.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17

