Naftalanlılar ölkəmizi daim inkişafa aparan liderə - İlham Əliyevə etimad göstərəcəklər
21.09.2013 [09:58]
Cənab İlham Əliyevin Naftalan şəhəri üzrə seçki qərargahında təbliğat-təşviqat kampaniyası çərçivəsində ilk görüş ziyalılarla keçirilib
9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naftalan şəhəri üzrə seçki qərargahı təbliğat-təşviqat kampaniyasına uğurla start verib. Kampaniya çərçivəsində ilk görüş ziyalılarla keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev ölkəmizin əldə etdiyi uğurlardan danışıb.
Çıxışında ölkəmizdə Xalq-Prezident birliyinin sarsılmaz və əbədi olduğunu deyən rayon təşkilatının sədri əlavə edib ki, oktyabrın 9-da keçiriləcək prezident seçkilərinin qalibi məhz cənab İlham Əliyev olacaq: “Düşünürəm ki, 9 oktyabrda keçiriləcək prezident seçkilərinin qalibi məhz Prezident İlham Əliyev olacaq. Çünki dövlət başçısının təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində ölkədə genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb. Ötən 10 il ərzində həyata keçirilmiş məqsədyönlü siyasət nəticəsində Azərbaycanın iqtisadiyyatı dünyada analoqu olmayan templə inkişaf edir. Artıq bu faktı beynəlxalq qurumlarda bəyan edirlər. Düzdür, bəzi qərəzli dairələr bu uğurlara kölgə salmağa çalışırlar. Lakin bu gün ölkədə yeni sosial obyektlərin, müəssisələrin açılması, insanların rifah halının yüksəlməsi ortaya atılan əsassız informasiyaları məhv edən tutarlı arqumentlər, əyani sübutlardır. Bütün bunların müəllifi isə məhz Prezident İlham Əliyevdir”.
Görüşdə çıxış edən Rəna Dəmirova ölkəmizdə həyata keçirilən sosial siyasətdən söhbət açıb. Əhalinin rifahının yüksəlməsindən razılıq ifadə edən natiq deyib ki, xalqımız səsvermə günü ölkəmizi inkişafa aparan liderə - İlham Əliyevə etimad göstərəcək.
Çıxış edən İbadət Quliyev də son 10 ildə bütün sahələrdə mühüm uğurlara imza atıldığını deyib. O, əlavə edib ki, bu nailiyyətlərin davamlı olması, Azərbaycanın iqtisadi, siyasi mövqeyinin daha da möhkəmlənməsi, ən əsası 1993-cü ildən bəri əldə etdiyi sabitliyin qorunması üçün cənab İlham Əliyevə səs verməliyik.
Nuranə Əsgərova bildirib ki, Cənab İlham Əliyevin həyata keçirdiyi layihələr, proqramlar nəinki şəhər və rayonlarda, hətta ən ucqar kənd sakininin həyatında əsaslı bir dönüş yaradır: “İlham Əliyev siyasətinin böyüklüyü və gücü bundadır. Bu siyasəti hər bir vətəndaş dəstəkləyir”.
Çıxışlarda qeyd olunub ki, naftalanlılar Yeni Azərbaycan Partiyasının namizədinə, Heydər Əliyev siyasi kursunun uğurlu davamına səs verməklə bir daha sabitliyin və inkişafın tərəfdarı olduqlarını təsdiqləyəcəklər.
Nadir
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10

