İlham Əliyev Azərbaycan ictimaiyyətinin alternativsiz seçimidir
21.09.2013 [10:04]
YAP Göygöl rayon təşkilatı cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşlərini keçirib
YAP Göygöl rayon təşkilatı Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Zod və Göyçəkənd kəndlərində seçicilərlə növbəti görüşlərini keçirib. Tədbiri giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatının sədr müavini Vüqar İsayev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın qüdrətli dövlətə çevrildiyini, ölkədə əhalinin rifah halının gündən-günə yaxşılaşdığını diqqətə çatdırıb. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən sədr müavini bu siyasətin davamlı olacağını və xalqın oktyabr ayının 9-da keçiriləcək seçkilərdə yenidən cənab İlham Əliyevə səs verəcəyini xüsusi olaraq vurğulayıb.
Daha sonra çıxış edən YAP Göygöl rayon təşkilatının sədr müavini Nuranə Quliyeva isə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının müstəqil dövlətimizin möhkəmləndirilməsində, azərbaycançılıq ideologiyasının ümumbəşəri dəyərlər əsasında inkişaf etdirilməsində mühüm rol oynadığını, güclü və nüfuzlu siyasi partiya kimi xalqa sədaqətlə xidmət göstərdiyini, hazırda cənab Prezidenti İlham Əliyevin rəhbərliyi ilə öz fəaliyyətini daha geniş və uğurla davam etdirdiyini nəzərə çatdırıb. “Yeni Azərbaycan Partiyasının böyük seçki təcrübəsi var. 1993-cü ildən YAP iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb. Hər seçkidən sonra partiyamız onun nəticələri ilə bağlı geniş təhlillər aparır və gələcək seçkilərdə taktikasını müəyyən edir. Hesab edirəm ki, bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev əzəmətli qələbə qazanacaq” - deyə, N. Quliyeva əlavə edib.
YAP Göygöl rayon təşkilatının aparat rəhbəri Rəşad Veysov isə öz növbəsində qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində Azərbaycan böyük uğurlar əldə edib: “Xalqın rifah halının davamlı olaraq yaxşılaşması, dövlət büdcəsinin, ÜDM artımı, yeni iş yerlərinin açılması, regionların sosial-iqtisadi inkişaf proqramlarının uğurla həyata keçirilməsi, Azərbaycanın enerji və ərzaq təhlükəsizliyi sahəsində mühüm addımlar atması təqdirəlayiq haldır. Əminliklə deyə bilərəm ki, Azərbaycan ictimaiyyətinin seçimi yenə də cənab İlham Əliyev olacaq”.
Rayon ictimaiyyətinin nümayəndələri İsəxan Məsmalıyev, Cavanşir Kərimov, Məryəm Əliyeva, Asif Kərimov və digərləri 9 oktyabr tarixində keçiriləcək seçkilərdə cənab İlham Əliyevə səs verəcəklərini söyləyiblər.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57

