Real vəziyyəti əks etdirən maraqlı müsahibə
01.09.2025 [13:30]
Avqustun 27-də Azərbaycan Prezidenti İlham Əliyevin Əl-Ərəbiyə kanalına verdiyi geniş müsahibəsi yayımlanıb. Dövlət başçımız müsahibədə regional və qlobal xarakterli bir çox məsələlərə münasibət bildirərək baxışlarımızı geniş izləyici auditoriyasına çatdırıb. Müsahibədə verilən suallar və cavablar isə çoxşaxəlidir. Bu isə, Azərbaycanın regionda sülh və əməkdaşlığı təşviq edən sabitləşdirici aktor olduğunu bir daha təsdiq edir.
Dövlət Başçımız torpaqlarımızın işğal olunmasından bu günə qədər regionda mövcud olmuş vəziyyət və 2020-ci ildə qələbəmizlə yaratdığımız yeni reallığın verdiyi qlobal əməkdaşlığa töhfələri haqqında fikirləri ifadə etdi. Həm də Ermənistanla paraflanmış sülh müqaviləsinin dönməzliyi, Azərbaycan-ABŞ münasibətləri, İsrail-Suriya və İsrail-Türkiyə gərginliyinin azaldılmasında verdiyimiz töhfələr, ATƏT-in Minsk qrupunun hüquqi ləğvi, Zəngəzur dəhlizi, TDT-nin qlobal rolu və digər məsələlər ətrafında cavablandırılan suallar çox diplomatik olmaqla yanaşı, həm də beynəlxalq tərəfdaşlar tərəfindən maraqla gözlənilirdi. Trampın adını daşıyacaq Zəngəzur dəhlizinin əhəmiyyətinə toxunan Dövlət Başçımız Naxçıvanın Azərbaycanın əsas hissəsindən ayrı düşməsinin səbəblərindən başlayaraq, bu gün yenidən quru yolla birləşməyimiz ətrafında görülən işlərə qədər baş verən proseslərə geniş nəzər saldı. Bu dəhlizin açılışı nəinki Naxçıvanla təhlükəsiz keçidimizi təmin edəcək, həm də Ermənistanı tranzit ölkə etməklə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin coğrafiyasını genişləndirəcəkdir.
Türk Dövlətləri Təşkilatının qlobal siyasətdə tutduğu yeri və roluna toxunan Dövlət Başçımız bu təşkilata daxil ölkələrin eyni etnik köklərə malik olmasının, eləcə də, ölkələr arasında ikitərəfli dostluq əlaqələrinin olmasının mövcud beynəlxalq təşkilatlarda nadir hal olduğunu bildirdi. Həm də konkret layihələrlə, investisiyalarla, enerji, daşıma, mədəniyyət layihələri ilə TDT-ni möhkəmləndirilməli olduğunu bildirdi. Dövlət başçısı qeyd edib ki: “Bizi köklərimiz birləşdirir və bu, təşkilatı nadir edir. Çünki digər beynəlxalq təşkilatlara baxsaq, onların hamısını deyil, bəlkə də bir qismini ortaq etnik qrup birləşdirir. Bəli, biz müxtəlif xalqlarıq, amma hamımızın kökləri ortaqdır və bu, türk etnik mənsubiyyətimizdən irəli gəlir. Ölkələrimizin əhalisinin sayı artır və bu da hər bir ölkə üçün vacib amildir. İqtisadi inkişafla dəstəklənəndə isə bu, üstünlük deməkdir. Ölkə kasıb olduğu zaman bəzən bunun mənfi nəticələri də olur. Amma bizim ölkələr kasıb deyil. Hər ölkə olmasa da, ölkələrimizin bir çoxu təbii sərvətlərə malikdir”.
Sonda qeyd edilməlidir ki, Dövlət Başçımızın müsahibəsini dinləyən hər bir şəxs onun siyasətçi, dövlət başçısı və ya da sadə bir vətəndaş olmasından asılı olmayaraq Azərbaycanın sülh və əməkdaşlıq üzərində münasibətləri quran ədalətli bir ölkə olması ilə bağlı geniş məlumata malik olur. Həm də ölkə başçısının bu müsahibəsi Azərbaycan ətrafında qərəzli dezinformasiya yaymağa çalışanlara və yaratdığımız yeni reallığa şübhə ilə yanaşanlara verdiyi çox ədalətli və ən düzgün cavab oldu.
Bəhruz Ramazanov,
YAP Qusar rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56

