Strateji tərəfdaşlıq modeli
17.11.2025 [18:50]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 13 noyabr 2025-ci il tarixdə Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib. Dövlət başçısının müsahibədə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə dair səsləndirdiyi fikirlər Azərbaycanın bölgədəki rolunu və qardaş ölkələrlə formalaşan strateji əməkdaşlığının mahiyyətini aydın ifadə edir. Bu müsahibə təkcə ikitərəfli əlaqələrin deyil, həm də Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında formalaşan geniş strateji çərçivənin konturlarını müəyyənləşdirir.
Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə Prezident İlham Əliyevin artıq üçüncü dəfə iştirak etməsi də bu əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini nümayiş etdirir. Son üç ildə Mərkəzi Asiya dövlət başçılarının Azərbaycana 30-a yaxın səfər etməsi, Prezident İlham Əliyevin isə region ölkələrinə 13 dəfə rəsmi səfəri münasibətlərin nümunəvi səviyyədə olduğunu sübut edir. Siyasi dialoq davamlı və açıq şəkildə aparılır, qarşılıqlı etimad isə bütün əməkdaşlıq formatlarının əsasını təşkil edir.
Prezident İlham Əliyev Azərbaycan-Özbəkistan münasibətlərinin hazırkı vəziyyəti və Mərkəzi Asiya regionu ilə əməkdaşlıq barədə danışarkən bildirib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri ortaq tarixi, mədəni və mənəvi dəyərlər üzərində formalaşmış vahid məkan yaradır: “Xəzər dənizi bizi ayırmır, əksinə, birləşdirir. O, xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir”.
Prezident İlham Əliyev müsahibəsində Azərbaycan-Özbəkistan əlaqələrinin hazırkı vəziyyətindən və perspektivlərindən bəhs edib. Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında olan yüksək səviyyəli münasibətlər, hər iki lider arasında formalaşan şəxsi etimad dövlətlərarası siyasətin mühüm sütunlarından biri kimi qəbul edilir. Regional əməkdaşlıqda bu amil Azərbaycan–Özbəkistan münasibətlərinin davamlılığını təmin edən strateji faktordur. İki ölkə arasında imzalanan müqavilələr və bəyannamələr, o cümlədən müttəfiqlik münasibətləri haqqında müqavilə 2025–2029-cu illər üçün mühüm yol xəritəsi kimi xarakterizə olunur.
Prezident İlham Əliyev müsahibəsində Özbəkistanın II Qarabağ müharibəsindən sonra azad edilmiş ərazilərdə bərpa-quruculuq prosesinə vermiş olduğu dəstəyi açıq şəkildə ifadə edib: “Fürsətdən istifadə edərək, qardaş Özbəkistana Qarabağın bərpasına verdiyi töhfəyə, xüsusən də azad edilmiş Füzulidə böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan və hazırda təxminən 600 şagirdin təhsil aldığı məktəbin tikintisinə görə minnətdarlığımı bildirirəm. Özbəkistan Qarabağ bölgəsinin yenidən qurulmasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkə, Prezident Mirziyoyev isə dünyada ilk lider olub. Biz bunu həmişə xatırlayacaq, ölkələrimiz və xalqlarımız arasında həmrəylik, dostluq və qardaşlıq jesti kimi qəbul edəcəyik.” Göründüyü kimi Azərbaycan Prezidenti bunu ilk təşəbbüs kimi xüsusi dəyərləndirir ki, bu da əlaqələrin mənəvi komponentini gücləndirir.
Prezident İlham Əliyev müsahibəsində iqtisadi-ticari əlaqələrdəki artım, son illərdə həcmcə iki dəfəyə yaxınlaşan ticarət dövriyyəsi və investisiya layihələrinin genişlənməsi bu münasibətlərin real məzmununu daha da gücləndirdiyini qeyd edib. Nəqliyyat və logistika sahəsində Azərbaycan Orta Dəhlizin əsas iştirakçılarından biri kimi Özbəkistan və digər Mərkəzi Asiya ölkələri üçün etibarlı tranzit platforması yaradır. Energetika əməkdaşlığında isə yaşıl enerji və regional inteqrasiya xətti yeni perspektivlər açır. Mədəni-humanitar sahələrdə həyata keçirilən layihələr, qardaşlaşmış şəhərlər, mədəniyyət günləri və ortaq idman təşəbbüsləri xalqlar arasında bağları daha da möhkəmləndirir.
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri yalnız ikitərəfli əməkdaşlıq çərçivəsini deyil, həm də Mərkəzi Asiya və Xəzər regionunda formalaşan yeni geosiyasi dinamikanın müəyyən edən strateji tərəfdaşlıq modelini əks etdirir.
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27

