Azərbaycan idmanı möhkəm təməl üzərində inkişaf edir
01.05.2026 [12:38]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Azərbaycan dövlətinin idmana göstərdiyi ardıcıl diqqət və qayğı, yaradılmış müasir infrastruktur, peşəkar kadr hazırlığı, gənclərin idmana cəlb olunması ölkəmizin idman sahəsində davamlı inkişafını təmin edib. İdmançılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, kubok turnirlərində uğurla çıxış edib, ölkəmizin bayrağını yüksəklərdə dalğalandırblar. Onların ardıcıl qələbələri, dünya miqyaslı turnirlərdə göstərdikləri yüksək nəticələr, beynəlxalq arenadakı əzmkarlıqları idman ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb. Xüsusilə güləş, cüdo, boks, taekvondo, karate, ağırlıqqaldırma və gimnastika növlərində əldə olunan medallar Azərbaycan idmanının gücünü hər zaman nümayiş etdirib.
Bu günlərdə Azərbaycan idmançıları daha bir uğura imza atdı. İdmançılarımız Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə yüksək nəticələr əldə etdilər. Onların uğurlarının arxasında dövlətimizin, dövlət başçımız İlham Əliyevin idmançılara göstərdiyi xüsusi diqqət və qayğı dayanır.
Aprelin 30-da Avropa çempionatında ölkəmizi uğurla təmsil edən idmançılar və onların məşqçiləri ilə görüşən dövlət başçısı İlham Əliyev güləşin Azərbaycanda ənənəvi idman növlərindən biri və bu sahədə əldə olunan nailiyyətlər xalqımız üçün xüsusi qürur mənbəyi olduğunu xüsusi ilə qeyd edib: “Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər. Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Xüsusilə nəzərə alsaq ki, bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir, bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi. Bəzi yarışları mən də izləmişəm və görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər. Bu, əlbəttə, bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir. Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq. Şadam ki, tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulubdur. Bu münasibətlə federasiyanı təbrik edirəm, məşqçiləri təbrik edirəm və əlbəttə ki, ilk növbədə, idmançıları.”
Azərbaycan idmançılarının Avropa çempionatında komanda hesabında birincilik qazanılması Azərbaycan güləş məktəbinin gücünü bir daha sübut edir.
Prezident cənab İlham Əliyev çıxışında onu da bildirib ki, mənim idmançılarla görüşlərim müntəzəm xarakter daşıyır. 30 ilə yaxın müddət ərzində Azərbaycan Olimpiya Komitəsinə rəhbərlik edirəm. Bu 30 ilə yaxın müddət ərzində, əlbəttə ki, bir çox müsbət məqamlar olub. Əsas odur ki, idmanın dayanıqlı inkişafı, uğurlarımızın ardıcıl şəkildə davam etməsi və gənc nəslin yetişməsi – hər şey mənim gözümün önündə keçib. Görün, neçə nəsil dəyişib, amma bu gün biz yenə də uğurlarla fəxr edirik. Əsas budur və əminəm, həm Güləş Federasiyası, həm bizim digər federasiyalarımız gələcəkdə öz işlərini elə quracaqlar ki, Azərbaycan xalqı idman yarışlarına baxanda daim sevinc hissləri keçirsin.
Görüş zamanı idmançılar da çıxış edərək, onların əldə etdikləri uğurun komanda ruhunun, gərgin məşqlərin və dövlət tərəfindən göstərilən diqqət və qayğının nəticəsi olduğunu bildiriblər. İdmançılar qeyd ediblər ki, yarışlar zamanı Azərbaycan bayrağını yüksəklərə qaldırmaq onlar üçün ən böyük şərəfdir.
İdman sahəsində əldə edilən nəticələr eyni zamanda Azərbaycanın beynəlxalq imicinə böyük töhfədir. Sözsüz, bu da bir daha göstərdi ki, Azərbaycan idmanı möhkəm təməl üzərində inkişaf edir, idman ictimaiyyətinin yeni hədəflərə, gələcək uğurlara nail olmağa stimul verir.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16

