Azərbaycan–İtaliya dostluğu yeni mərhələyə qədəm qoyur
07.05.2026 [09:54]
Cari ilin may ayının 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə keçirilən görüş və ardınca mətbuata verilən birgə bəyanatlar Azərbaycan–İtaliya münasibətlərinin inkişafında mühüm hadisə kimi qiymətləndirilir. Bu səfər təkcə diplomatik protokol xarakteri daşımır, həm də iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısının bəyanatında səsləndirilən fikirlər göstərdi ki, Bakı ilə Roma arasında əlaqələr artıq ən yüksək siyasi etimad mərhələsinə yüksəlib və bu münasibətlər regional təhlükəsizlikdən tutmuş enerji əməkdaşlığına qədər geniş sahələri əhatə edir.
Möhtərəm Prezident çıxışında xüsusi vurğuladı ki, Azərbaycan və İtaliya uzun illərdir etibarlı tərəfdaş kimi fəaliyyət göstərir və bu münasibətlərin hüquqi-siyasi bazası imzalanmış strateji tərəfdaşlıq sənədləri ilə möhkəmləndirilib. Prezidentin sözlərinə görə, bu sənədlər formal razılaşmalar deyil, real siyasi və iqtisadi əməkdaşlıqla təsdiqlənən mühüm yol xəritəsidir. Bu gün İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olması, enerji ixracında aparıcı bazar kimi çıxış etməsi və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa layihələrində fəal iştirakı bunun bariz nümunəsidir.
Dövlət başçısının bəyanatında enerji məsələsi xüsusi yer tutdu. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol getdikcə artır və bu prosesdə İtaliya əsas tərəfdaşlardan biri hesab olunur. Xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropa bazarına nəqli iki ölkə arasında iqtisadi bağları daha da gücləndirib. İtaliya bazarı Azərbaycan üçün həm neft, həm də qaz ixracında prioritet istiqamətdir. Bu isə onu göstərir ki, Azərbaycan–İtaliya münasibətləri təkcə ikitərəfli deyil, bütövlükdə Avropanın enerji sabitliyinə xidmət edən mühüm əməkdaşlıq modelidir.
Bəyanatda siyasi dialoq və beynəlxalq məsələlərə münasibət də geniş yer aldı. Cənab Prezident bildirdi ki, Azərbaycan və İtaliya bir çox beynəlxalq platformalarda bir-birini dəstəkləyən, ortaq maraqlardan çıxış edən tərəfdaşlardır. Qlobal geosiyasi gərginliklərin artdığı, enerji və təhlükəsizlik məsələlərinin ön plana çıxdığı indiki dövrdə etibarlı tərəfdaşlarla münasibətlərin daha da möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Məhz buna görə də Ciorcia Meloninin Azərbaycana səfəri qarşılıqlı etimadın, siyasi həmrəyliyin və gələcəyə hesablanmış əməkdaşlıq niyyətinin göstəricisi kimi dəyərləndirilir.
Ümumilikdə, Azərbaycan müstəqil, balanslı və çoxtərəfli xarici siyasət kursunu uğurla davam etdirir. İtaliya kimi Avropanın aparıcı dövlətlərindən biri ilə münasibətlərin strateji səviyyədə inkişafı ölkəmizin beynəlxalq nüfuzunun artmasının, enerji diplomatiyasının uğurunun və iqtisadi potensialının göstəricisidir. Bu səfər və səsləndirilən bəyanatlar Azərbaycan–İtaliya dostluğunun yeni mərhələyə qədəm qoyduğunu, gələcəkdə isə bu əlaqələrin daha geniş siyasi və iqtisadi nəticələr verəcəyini deməyə əsas verir.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

