/ / Xocavənddə Ulu öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş tədbir keçirilib
Xocavənddə Ulu öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş tədbir keçirilib
10.05.2026 [19:07]
10 may 2026-cı il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin və YAP Xocavənd rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş "Heydər Əliyev: Memarlıq və şəhərsalma irsi" adlı tədbir keçirilib. Rəsmi və bədii hissədən ibarət tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və ictimaiyyət nüməyəndələri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin İcra Hakimiyyətinin qarşısında ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Xocavənd rayon Mədəniyyət evində baş tutan rəsmi hissə Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, memarlıq və şəhərsalma ilə bağlı fəaliyyəti haqqında məruzə ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Ulu öndərin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmasından və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyət olmasından söhbət açmış, Azərbaycan xalqının yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymasından bəhs etmişdir. Başçı bildirib ki, Ümummilli Lider xalqın dövlətçilik təfəkkürünü və mənəvi dəyərlərini inkişaf etdirən, zənginləşdirən və istiqamətləndirən, eyni zamanda, gələcək onilliklərin çağırışlarını qabaqcadan görən, onu sanki bir memarlıq layihəsi kimi qiymətləndirən və bu layihənin reallığa çevrilməsi üçün dayanmadan çalışan dahi rəhbər və güclü ideoloq olmuşdur.
Çıxış edən YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov Ulu öndər Heydər Əliyevin Azərbaycanın müasir siyasi tarixində mühüm dönüş nöqtəsi olan Yeni Azərbaycan Partiyasının yaradılması ilə ölkəmizin gələcək inkişafının möhkəm təməlini qoymasından, 1992-ci ilin noyabr ayında Naxçıvanda təsis edilən Yeni Azərbaycan Partiyasının xalqın tələbi və zərurətindən yaranaraq qısa müddətdə ümumxalq partiyasına çevrilməsindən, məhz bu siyasi təşkilatın fəaliyyəti nəticəsində ölkədə sabitliyin bərpa olunmasından, dövlətçilik prinsiplərinin möhkəmlənməsindən və Azərbaycanın davamlı inkişaf strategiyasının müəyyən edilməsindən bəhs etmişdir.
Tədbirdə digər çıxış edənlər bildiriblər ki, şəhərsalma mühitinin inkişafına Heydər Əliyevin əvəzolunmaz töhfələri xüsusi əhəmiyyətə malikdir, çünki bir ölkənin yaşayış məkanlarının, kənd, qəsəbə və şəhərlərinin simasının dəyişməsi uzunmüddətli inkişaf strategiyasının necə həyata keçirildiyi haqqında fikir formalaşdıran əsaslardan biridir.Paytaxt və regionlara gözəllik verən yüzlərlə yaşayış binası, mehmanxana, iqtisadi inkişafda önəm kəsb edən iri istehsal kompleksləri, müasir yollar, yaşıllıq zonaları, istirahət ocaqları yaradılmışdır. Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə həyata keçirilən quruculuq siyasəti Azərbaycanın gələcəkdə müstəqil dövlət kimi inkişafında mühüm rol oynamışdır.
Tədbirin bədii hissəsində Rayon Musiqi məktəbinin təqdimatında xalq və bəstəkar mahnılarından ibarət musiqi nömrələri tədbir iştirakçılarına təqdim edilmişdir.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20

