"Azərbaycan Bayrağı” ordenli Zahid Musayevin anım gününə həsr olunmuş tədbir keçirildi
21.05.2026 [12:09]
Bərdə şəhər Yeni qəsəbədə fəaliyyət göstərən Kəlbəcər rayon 79 nömrəli orta məktəbdə Qarabağ müharibəsi şəhidi "Azərbaycan Bayrağı” ordenli Musayev Zahid Daşqın oğlunun anım gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul işçisi Taleh Məmmədzadə və digər əməkdaşları, Azərbayacan Vətən Müharibəsi Veteranları ictimai birliyinin Kəlbəcər rayon təşkilatının sədri Akif Kamalov, məktəbin direktoru, Ərazi Partiya təşkilatının sədri şəhidin qardaşı Xosrov Musayev, şair Valeh Qoca, şəhidin döyüş yoldaşı Camal Canbaxışov,Birinci Qarabağ müharibəsində Bərdə batalyonunun tağım komandiri olmuş Rizvan Qasımov, şəhidin ailə üzvləri, şəhid Rəfi Aydınovun həyat yoldaşı İradə Aydınova, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak edirdilər. İlk öncə Bərdə şəhərindəki Şəhidlər Xiyabanı ziyarət olunub, şəhidlərin məzarları önünə gül dəstələri düzülərək onların əziz xatirəsi dərin ehtiramla yad edilib.
Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şəhidin xatirəsinə həsr olunmuş video çarx nümayiş etdirilib.
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxışında şəhidin keçdiyi ömür yolundan,Vətən uğrunda göstərdiyi qəhrəmanlıq nümunəsindən geniş bəhs edib. O bildirib ki, Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq torpaqlarımızı işğaldan azad edib, ölkəmizin suverenliyi tam bərpa olunub.
Sədr Həbib Misirov qeyd edib ki, bu gün şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən sosial siyasət nəticəsində şəhid ailələrinin rifahının yaxşılaşdırılması, onların problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır.
Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Kəlbəcər rayon təşkilatının sədri Akif Kamalov çıxış edərək şəhid Zahid Musayevin keçdiyi şərəfli döyüş yolundan, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlardan ətraflı bəhs etdi. Bildirdi ki, Zahid Musayev torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək daim ön sıralarda olub, Vətənə və dövlətə sədaqəti ilə hər kəsə nümunə olub.
Şair Valeh Qoca, şəhidin döyüş yoldaşı Camal Canbaxışov, Birinci Qarabağ müharibəsində Bərdə batalyonunun tağım komandiri olmuş Rizvan Qasımov və digər çıxış edənlər Birinci Qarabağ müharibəsində şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan, şəhidlərin qəhrəmanlığı və göstərdikləri misilsiz şücaətdən bəhs etdilər. Həmçinin Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası uğrunda Azərbaycan əsgər və zabitlərinin göstərdikləri igidlikdən geniş danışıldı.
Qeyd olundu ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tarixi Qələbəyə imza ataraq xalqımıza böyük Zəfər sevincini yaşadıb. Bildirildi ki, bu gün dövlət tərəfindən şəhid ailələrinə və müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərilir.
Tədbirdə çıxış edən şəhidin qardaşı, məktəbin direktoru Xosrov Musayev iştirakçılara minnətdarlığını bildirərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etdi.
Çıxışlarda qeyd edildi ki, şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onların qəhrəmanlığı gələcək nəsillərə örnək olacaqdır. Müzəffər Ali Baş Komandan İlham Əliyev rəhbərliyi altında qazanılan tarixi Zəfərin xalqımızın birlik və qəhrəmanlığının nəticəsi olduğu vurğulandı.
Tədbirin sonunda şagirdlər tərəfindən şəhidlərə və vətənpərvərlik mövzusuna həsr olunmuş bədii-ədəbi kompozisiya nümayiş etdirildi. Yeni Azərbaycan Partiyasının fəaliyyətində fəal iştirak edən bir qrup üzvə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı tərəfindən fəxri fərmanlar təqdim olundu. Şəhid Zahid Daşqın oğlu Musayev 10 noyabr 1974-cü ildə Kəlbəcər rayonunun Mərcimək kəndində doğulub.1991- ci ildə Comərd kənd orta məktəbini qurtarıb və doğma kəndinin müdafiəsində dayanan əsgərlərin sırasına qoşulub. Elə həmin il Mərcimək kəndində 6 nəfər rus kəşfiyyatçısının tərksilah olunması əməliyyatlarında iştirak edib. Füzuli, Kəlbəcər, Ağdam istiqamətində gedən döyüşlərdə dəfələrlə igidlik göstərir. 1996-cı il may ayının 18-dən 19-na keçən gecə düşmənin kəşviyyat diversiya dəstəsinin hücumunu aşkarlayaraq, qeyri-bərabər döyüşə atılır. Düşmənin bir neçə canlı qüvvəsini məhv edir, dəstənin mövqelərimizə yaxın düşməsinə imkan vermir. Xain düşmənin atdığı əl qumbarasına tuş gəlsə də, yaralı Zahid sonacan vuruşur. Sonda kömək gəlməsinə baxmayaraq, aldığı yaralar onun həyatına son qoyur. Zahid Musayev şəhidlik zirvəsinə ucalır. Ölümündən sonura 24 iyun 2005- ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərmanla "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Məzarı Bərdə şəhərərində Şəhidlər Xiyabanındadır. Allah şəhidlərimizə rəhmət eləsin.
Xəbər lenti
Hamısına baxDünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35

