Samuxda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilib
21.05.2026 [16:38]
Mayın 21-də YAP Samux rayon təşkilatının Samux şəhər Kolayır ərazi partiya təşkilatında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində partiya fəallarının iştirakı ilə Prezident İlham Əliyevin 2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında çıxışı ilə əlaqədar “Azərbaycanın sülh və dayanıqlı inkişaf modeli” adlı tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açıq elan edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, Prezident İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq nüfuzunun daha da artdığını bir daha nümayiş etdirir. Qeyd olunub ki, Bakı artıq təkcə regionun deyil, dünyanın mühüm siyasi, iqtisadi və humanitar tədbirlərinin keçirildiyi nüfuzlu mərkəzlərdən birinə çevrilib.
Gündüz Bayramov vurğulayıb ki, dövlətimizin başçısının həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsində, sivilizasiyalararası dialoqun təşviqində mühüm rol oynayır. Bildirilib ki, paytaxt Bakıda keçirilən mötəbər beynəlxalq tədbirlər ölkəmizin dayanıqlı inkişafını, təhlükəsizliyini və dünya birliyində artan mövqeyini nümayiş etdirir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və abadlıq işləri Azərbaycanın müasir şəhərsalma sahəsində böyük təcrübəyə malik olduğunu göstərir.
Sonra tədbirdə iştirak edən partiya fəalları Səlminə Məmmədova, Samir Qurbanov, Leyli Süleymanova çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlardan danışıblar. Çıxışlarda qeyd olunub ki, ölkəmizin beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi qəbul edilməsinin bariz nümunəsidir. Natiqlər Bakının beynəlxalq dialoq məkanına çevrilməsinin ölkəmizin güclənən siyasi nüfuzu və həyata keçirilən məqsədyönlü dövlət siyasətinin nəticəsi olduğunu diqqətə çatdırıblar.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

