Müstəqilliyi qorumaq,saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi
25.05.2026 [12:27]
"Ötən əsrin şərqində və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaradan Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyimizi elan etməklə xalqımızın azadlıq və suverenlik əzmini bütün dünyaya nümayiş etdirmişdir. 1918-ci il mayın 28-də Azərbaycan xalqı Şərqdə ilk dəfə demokratik, hüquqi və dünyəvi əsaslara söykənən parlament respublikasını qurmağa nail olmuşdur. Həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası tərəfindən imzalanan İstiqlal Bəyannaməsi ölkəmizin dövlət müstəqilliyinin rəsmi və beynəlxalq səviyyədə tanıdılmasının başlanğıcı olmuş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin davamı kimi tarixə düşmüşdür"
"Müstəqil və demokratik respublika yaratmaq amalı ilə fəaliyyətə başlayan Cümhuriyyət, öz müqəddəratını müəyyən etmək iqtidarında olduğunu sübut etdi. Cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratik idarəçiliyin təməlini qoyaraq, bu sahədə mühüm nümunə yaratdı. Qısa müddət ərzində ölkənin ilk parlamenti və hökuməti formalaşdırıldı, dövlət rəmzləri qəbul edildi, mühüm dövlət quruculuğu tədbirləri həyata keçirildi. Beynəlxalq münasibətlər sisteminə inteqrasiya istiqamətində atılan addımlar Azərbaycanın suveren hüquqlarının müdafiəsinə yönəldi. Parlamentin qəbul etdiyi qanunvericilik aktları isə ölkənin siyasi, iqtisadi və mədəni inkişafına mühüm töhfə verdi, demokratik dəyərlərin bərqərar olmasında əsaslı rol oynadı.
Ulu Öndər Heydər Əliyev haqlı olaraq qeyd etmişdir: "Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi." Məhz onun siyasi uzaqgörənliyi, iradəsi və fədakarlığı sayəsində Azərbaycan dövlətçiliyini qoruyub saxlaya bildi.
XX əsrin sonlarında ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan, Ulu Öndərin yenidən hakimiyyətə qayıdışından sonra möhkəm və dayanıqlı inkişaf yoluna qədəm qoydu. Çətin və böhranlı bir dövrdə Ermənistanın hərbi təcavüzü, eyni zamanda daxili sabitsizlik ölkəni böyük təhlükələrlə üz-üzə qoymuşdu. Belə bir vəziyyətdə xalqın çağırışı ilə yenidən siyasi hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı kimi tarixə düşdü. Onun rəhbərliyi ilə ölkədə sabitlik təmin edildi, iqtisadi və siyasi islahatlar həyata keçirildi, dövlətin möhkəmlənməsi istiqamətində mühüm uğurlar qazanıldı.
Ulu Öndərin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycanın üçrəngli bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq edildi. Bu tarixi addım gələcək müstəqilliyimizin bünövrəsinin qoyulmasında mühüm mərhələ oldu və Heydər Əliyevin xalqına, dövlətinə sonsuz sədaqətini bir daha nümayiş etdirdi.
Bu gün üçrəngli bayrağımız artıq işğaldan azad olunmuş ərazilərimizdə də dalğalanır. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlətçilik siyasətinin parlaq təzahürüdür. Ölkədə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması, siyasi və iqtisadi islahatların davam etdirilməsi dövlət başçısının strateji məqsədlərinin əsasını təşkil edir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirilir.
2007-ci il mayın 25-də Bakı şəhərində İstiqlaliyyət küçəsində ucaldılmış İstiqlal Bəyannaməsi abidəsinin açılışında iştirak edən Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətinə xüsusi önəm verdiyini bir daha nümayiş etdirmişdir. Onun Cümhuriyyətin 90 və 100 illik yubileyləri ilə bağlı imzaladığı sərəncamlar milli yaddaşın qorunmasında, dövlətçilik ideologiyasının gücləndirilməsində mühüm rol oynamışdır. Xüsusilə 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi bu tarixi mərhələyə verilən yüksək dəyərin təcəssümüdür. Elə həmin il "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalının təsis edilməsi də bu istiqamətdə atılan əhəmiyyətli addımlardan biridir.
Ötən illər ərzində atılan bütün addımlar – iqtisadi inkişafdan tutmuş beynəlxalq mövqelərin möhkəmləndirilməsinədək – bir amal ətrafında birləşmişdi: işğal altında olan torpaqlarımızın azad edilməsi. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi qətiyyəti və iradəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü təmin etdi. Vətən müharibəsində qazanılmış tarixi Zəfər sayəsində Azərbaycan xalqı dünyada mübariz, döyüşkən və qalib bir xalq kimi tanındı".
Əhməd Panayev
Azərbaycan Rəssamlıq Akademiyasının Mülkü müdafiə qərargahının rəisi,
YAP Nərimanov rayon təşkilatının ƏPT sədri
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42

