Azərbaycanın enerji strategiyası
03.06.2026 [10:21]
Elmin Məmmədov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Azərbaycanın həyata keçirdiyi müstəqil və çoxşaxəli enerji siyasəti ölkəmizi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaşa çevirib.
Son illərdə Azərbaycanın enerji strategiyası yalnız milli maraqların təmin olunmasına deyil, həm də regional və qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verib. Bu siyasətin əsas sütunlarından biri olan Cənub Qaz Dəhlizi layihəsi Avropa ilə Azərbaycan arasında enerji əməkdaşlığını yeni mərhələyə yüksəldib. Məhz bu nəhəng enerji layihəsi vasitəsilə Xəzər hövzəsinin zəngin qaz ehtiyatları Avropa bazarına çatdırılır.
2026-cı il iyunun 1-də Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxış edərək Azərbaycanın beynəlxalq enerji sistemində oynadığı mühüm rolu, enerji təhlükəsizliyinə verdiyi töhfələri və gələcək strateji hədəflərini diqqətə çatdırdı.
Prezident cənab İlham Əliyev qeyd etdi ki, "Enerji təhlükəsizliyi. Biz hamımız ondan danışırıq, xüsusilə indi Yaxın Şərqdəki böhran bir çox ölkələrin, istehsalçı və istehlakçıların enerji təhlükəsizliyinə ciddi zərbə vurduğu vaxtda. Biz bunun üzərində uzun illər çalışmışıq. Biz böyük sərmayələr yatırmışıq və Xəzər dənizini Aralıq dənizi ilə ilk dəfə birləşdirən Bakı-Tbilisi-Ceyhan, Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəmərləri kimi irimiqyaslı infrastruktur layihələrinə başlamışıq. Cənubi Qafqaz qaz kəməri ilə günümüzün ən iddialı enerji infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizini təşkil edən TANAP və TAP, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri 3500 kilometr uzunluğunda birləşmiş boru xətti sistemindən ibarətdir. Layihənin bir hissəsi yüksək dağlıq ərazidən keçir, bir hissəsi isə dənizin dibi ilə gedir. Bu gün bu layihə sayı artmaqda olan ölkələrin enerji təhlükəsizliyini təmin edir. Biz bu layihəyə başladıq və bizimlə birlikdə olan tərəfdaş ölkələrə və şirkətlərə minnətdarıq."
Prezident cənab İlham Əliyev enerji keçidi məsələsinə də toxunaraq ənənəvi enerji resursları ilə bərpaolunan enerji mənbələri arasında balansın qorunmasının vacibliyini qeyd etdi. Cənab Prezident vurğuladı ki, dünya iqtisadiyyatı hələ uzun müddət neft və qaz resurslarına ehtiyac duyacaq, eyni zamanda yaşıl enerji layihələrinin inkişafı da prioritet istiqamətlərdən biridir.
Qeyd edək ki, bu gün Azərbaycan qazı Avropanın bir sıra ölkələrinin enerji balansında mühüm yer tutur. Azərbaycan qazının Avropaya nəqli isə əsasən Trans-Adriatik Boru Kəməri və Trans-Anadolu Qaz Boru Kəməri vasitəsilə həyata keçirilir. Bu infrastruktur layihələri yalnız iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıyır və Avropanın enerji mənbələrinin şaxələndirilməsinə ciddi töhfə verir.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10

