YAP Qusar rayon təşkilatının yeni sədri ictimaiyyətə təqdim olunub
08.07.2026 [10:17]
Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının yeni sədrinin təqdimat mərasimi keçirilib.
Tədbirin işində Qusar rayon İcra Hakimiyyətinin baçısı Sahir Məmmədxanov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı təşkilatı şöbəsinin baş məsləhətçisi Orxan Bayramov iştirak edib.
Qusar Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbir başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin,Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri YAP Mərkəzi Aparatının baş məsləhətçisi Orxan Bayramov açaraq, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin qərarını iştirakçıların diqqətinə çatdırıb. Qərara əsasən, Kamran Miran oğlu Əmirov Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri təyin olunub. Rayon təşkilatının əvvəlki sədri David Nürəddin oğlu İbramxəlilov isə yaş həddinə çatması ilə əlaqədar təqaüdə yola salınıb.
Çıxış edən D.İbramxəlilov partiya fəaliyyətində keçdiyi yoldan danışaraq ona göstərilən etimada və dəstəyə görə təşəkkürünü bildirib. O, bundan sonra da Yeni Azərbaycan Partiyasına sadiq qalaraq rayonun ictimai-siyasi həyatında fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
Yeni təyin olunmuş sədr Kamran Əmirov çıxış edərək ona göstərilən etimada görə təşəkkürünü bildirib. O, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə, partiyanın İdarə Heyətinə, Mərkəzi Aparatına, həmçinin Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanova minnətdarlığını ifadə edərək, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bütün səylərini səfərbər edəcəyini bildirib.
Tədbirin sonunda Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov çıxış edərək uzun illər səmərəli fəaliyyət göstərmiş David Nurəddin oğlu İbramxəlilova təşəkkürünü bildirib, ona möhkəm cansağlığı və xoş təqaüd həyatı arzulayıb. Rayon rəhbəri, eyni zamanda, Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının yeni sədri Kamran Əmirovu təbrik edərək, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tədbirdə, həmçinin Rayon Ağsaqqallar Şurasının sədri Sənan Xəlilov, partiya veteranı Əliyulla Ağalarov çıxış edərək yeni sədrə uğurlar arzulayıblar və ona olan etimadı doğrultacağına əmin olduqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19

