Azərbaycan–Slovakiya münasibətlərində yeni əməkdaşlıq mərhələsi
16.07.2026 [10:27]
Prezident İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri çərçivəsində 14 iyul tarixində Şuşada mətbuata verdiyi bəyanat Azərbaycan–Slovakiya münasibətlərinin gələcək inkişaf istiqamətlərini aydın şəkildə nümayiş etdirdi. Qarabağın mədəniyyət paytaxtı Şuşada səsləndirilən fikirlər iki ölkə arasında qarşılıqlı etimadın, siyasi dialoqun və strateji əməkdaşlığın daha da möhkəmləndiyini göstərdi.
Dövlət başçısı çıxışında vurğuladı ki, Azərbaycan ilə Slovakiya arasında siyasi münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə münasibətlərin möhkəm hüquqi və siyasi əsaslar üzərində qurulduğunu təsdiqləyir. Bu əməkdaşlıq yalnız siyasi dialoqla məhdudlaşmır, eyni zamanda iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə konkret layihələrlə zənginləşir.
Prezident İlham Əliyevin bəyanatında xüsusi diqqət çəkən məqamlardan biri Slovakiyanın Qarabağın bərpası prosesində iştirakına verilən yüksək qiymət oldu. Dövlət başçısı Slovakiya şirkətinin Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçirdiyi "Ağıllı kənd" layihəsini dostluq və qarşılıqlı etimadın bariz nümunəsi kimi dəyərləndirdi. Bu fakt bir daha göstərir ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma prosesi beynəlxalq tərəfdaşların da fəal iştirakı ilə uğurla davam edir.
Şuşada keçirilən görüşün özü də böyük siyasi və rəmzi əhəmiyyət daşıyır. Bu gün Şuşa təkcə Azərbaycanın tarixi-mədəniyyət beşiyi deyil, həm də beynəlxalq diplomatiyanın və mühüm siyasi dialoqların keçirildiyi nüfuzlu məkana çevrilib. Xarici dövlət başçılarının məhz Şuşaya səfər etməsi Azərbaycanın bölgədə yaratdığı yeni reallıqların beynəlxalq səviyyədə qəbulunun göstəricisidir. Prezident İlham Əliyevin bəyanatında səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasətinin əsas prinsiplərini də bir daha nümayiş etdirdi. Qarşılıqlı hörmət, etibarlı tərəfdaşlıq, konkret nəticələrə hesablanmış əməkdaşlıq və regional sabitliyə töhfə rəsmi Bakının beynəlxalq münasibətlərdə üstünlük verdiyi əsas istiqamətlər kimi ön plana çıxdı. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan–Slovakiya münasibətləri formal bəyanatlara deyil, real layihələrə və ortaq maraqlara əsaslanır.
Bu görüş və mətbuata verilən bəyanatlar bir daha təsdiq etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq nüfuzunu ardıcıl şəkildə möhkəmləndirir, Avropa dövlətləri ilə əməkdaşlıq əlaqələrini genişləndirir və Qarabağın bərpasını beynəlxalq tərəfdaşlıq platformasına çevirir. Şuşadan verilən bu mühüm mesaj həm regionda sülhün, həm də qarşılıqlı faydalı əməkdaşlığın gələcəyinə inamı daha da gücləndirir.
Gündüz Alıkişiyev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

