YAP Nərimanov rayon təşkilatında gənc seçicilərlə görüş keçirilib
25.03.2018 [11:22]
11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında gənc seçicilərlə görüş keçirilib.
Tədbiri YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev açaraq Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlar, uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə qazandığı uğurlardan bəhs edib. T.Tağıyev bildirib ki, müasir dövlətimiz məhz bu siyasət nəticəsində inkişaf edir. O, Nərimanov rayon gənclərini Heydər Əliyev siyasətinin davamı naminə 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıb.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev gənclərin bütün arzularının reallaşması istiqamətində davamlı və qətiyyətli siyasət yürüdür. Onun sözlərinə görə, Azərbaycan qısa müddətdə iqtisadi-siyasi cəhətdən regionun lider dövlətinə çevrilib, hərbi potensialımız olduqca yüksək səviyyədədir. Vətəndaşlarımızın sosial rifahının yüksəldilməsi istiqamətində davamlı tədbirlər görülür, pensiyalar artırılır, yeni iş yerləri yaradılır. Artıq bütün dünya dövlətləri ölkəmizi yaxın tərəfdaş qismində qəbul edir. Bu uğurların davamı naminə hər bir Azərbaycan gənci 11 apreldə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə səs verməlidir.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Azərbaycanda bütün sahələrdə sürətli inkişaf getdiyini deyərək qeyd edib ki, Prezident İlham Əliyev bütün fəaliyyətini Azərbaycan xalqına həsr edib. Onun sözlərinə görə, seçkilərdə cənab İlham Əliyevin ciddi təbliğata ehtiyacı yoxdur, çünki son on beş il ərzində böyük işlər görülüb. Ona görə də inkişaf, sabitlik üçün hər bir kəs Prezident İlham Əliyevə səs verməlidir.
Daha sonra Bakı Humanitar Kollecinin direktor müavini Rasim Rzaxanov və fəal gənc Nigar Ağayeva çıxış edərək, hər zaman olduğu kimi, bu seçki prosesində də fəal iştirak edəcəklərini və YAP tərəfindən irəli sürülmüş namizədi dəstəklədiklərini vurğulayıblar.
Tədbirdə həmçinin YAP Nərimanov rayon təşkilatının Gənclər Birliyinin sədri Yusif Babanlı və YAP Nərimanov rayon təşkilatının sədr müavini, rayon Gənclər və İdman İdarəsinin sədri Nəcəf Novruzov çıxış edərək bildiriblər ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezidentimiz İlham Əliyev hakimiyyətdə olduğu 15 il ərzində Azərbaycanı dünyanın aparıcı və lider dövlətinə çevirib. Qeyd olunub ki, bu gün Azərbaycan İlham Əliyevin yorulmaz fəaliyyəti, gərgin zəhməti sayəsində dünyanın söz və nüfuz sahibi olan, hesablaşdığı dövlətlərdən biridir. Azərbaycan bu gün həm də dünyanın milli və dini tolerantlıq mərkəzidir. Yəni Azərbaycanımızın uğurları, nailiyyətləri, qələbələri, zəfərləri gündən-günə artmaqda və bunların davamı gəlməkdədir. Heç şübhəsiz ki, bunların da kökündə, mahiyyətində cənab İlham Əliyevin müdrik və uzaqgörən daxili və xarici siyasət kursu, müstəqil dövlət siyasəti dayanır. Qeyd edilib ki, gənclər bu il ölkədə keçiriləcək prezident seçkilərində yaxından iştirak edərək layiqli namizəd olan cənab İlham Əliyevə səs verəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

