YAP Samux rayon təşkilatı bələdiyyə seçkilərinə 203 namizədlə gedir
30.10.2009 [09:02]
Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda Yeni Azərbaycan Partiyası (YAP) ölkəmizin ictimai-siyasi həyatında ən aparıcı rola malik olan siyasi qüvvədir. Respublikamızda keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası həmişə böyük üstünlük əldə edib və bununla da, alternativsiz siyasi qurum olduğunu sübuta yetirib. Dekabrın 23-də respublikamızda keçiriləcək bələdiyyə seçkilərində hakim partiyanın qələbə qazanacağına şübhə yoxdur. YAP-ın xalq arasında yüksək nüfuza və zəngin seçki təcrübəsinə malik olması bu reallığı şərtləndirir. Lakin bütün bunlarla yanaşı, YAP bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlaşır. Partiyanın Samux rayon təşkilatı da bu siyasi kampaniyada mütəşəkkillik nümayiş etdirir. Hazırda namizədlərin xeyrinə imzatoplama kampaniyası gedir. YAP Samux rayon təşkilatı tərəfindən 23 bələdiyyəyə 203 nəfərin namizədliyi irəli sürülüb. Onların 59 nəfərini qadınlar (29 faiz), 61 nəfərini (30 faiz) gənclər təşkil edir. Namizədlərin 153 nəfəri (75.3 faiz) ali, 50 nəfəri (24 faiz) orta ixtisas təhsillidir.
ölkəmizin ictimai-siyasi həyatında böyük rol oynayacaq bələdiyyə seçkilərinin birinci mərhələsi olan imzatoplama kampaniyası başa çatmaq üzrədir. YAP Samux rayon təşkilatı tərəfindən irəli sürülən namizədlərin böyük əksəriyyəti artıq imza vərəqələrini müvafiq sənədlərlə birlikdə dairə seçki komissiyasına təqdim ediblər. Oktyabrın 30-dək bütün namizədlərin imza vərəqələri təqdim edilərək, bu iş yekunlaşdırılacaq. Bu prosesdə YAP Samux rayon təşkilatının qərargahı və YAP fəalları yaxından iştirak edirlər. YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, növbəti mərhələdə namizədlərin qeydiyyatı məsələsinə baxılacaq: “Namizədlər rəsmi qeydiyyata alınandan sonra təşviqat işlərinə hazırlıqla əlaqədar tədbirlər həyata keçirəcəyik. Qeyd edək ki, bu istiqamətdə də bir sıra hazırlıq işləri aparılıb. Bir sözlə, qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqla bağlı hərtərəfli iş gedir və əminik ki, həmişə olduğu kimi, bələdiyyə seçkilərini də uğurla başa vuracağıq”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

