Nərimanov rayonu Böyükşor qəsəbəsində seçicilərlə görüş keçirilib
04.12.2009 [09:34]
YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, partiyanın Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev çıxış edərək seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıb. O, qeyd edib ki, yerli özünüidarəetmə institutu Azərbaycanda yeni formalaşıb: “ötən 10 il ərzində bələdiyyələr müəyyən təcrübə qazanıblar. Bununla belə, bu sahədə görüləsi işlər çoxdur. Bilirsiniz ki, dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz, xüsusilə də, regionlarımız inkişaf edir. Bu mənada, bələdiyyələr əhalinin sosial məsələlərinin həllində yaxından iştirak etməlidir”.
T.Tağıyev partiyanın böyük seçki təcrübəsinin olduğunu da xatırladıb. Onun sözlərinə görə, bu da bələdiyyə seçkilərində böyük uğur qazanılmasını şərtləndirən amillərdən biri olacaq. Səlahiyyətli nümayəndə qeyd edib ki, Nərimanov bələdiyyəsinə 19 üzv seçilməlidir. Hazırda bələdiyyə üzvlərinin 14-ü YAP-ı təmsil edir. Təşkilat sədri YAP tərəfindən seçkilərdə qadınların və gənclərin namizədliyinə üstünlük verildiyini deyib. özünün də bələdiyyə üzvlüyünə namizəd olduğunu bildirən T.Tağıyev budəfəki seçkilərdə YAP tərəfindən bələdiyyələrə ən layiqli namizədlərin irəli sürüldüyünü vurğulayıb: “Nərimanov bələdiyyəsinə, ümumilikdə, 66 nəfər öz namizədliyini irəli sürüb. YAP-ın bələdiyyə üzrə hər bir yerə namizədi var. İnanırıq ki, doğru seçim edib YAP-ın namizədlərinə səs verəcəksiniz. çünki partiyamızın fəaliyyətinin əsas qayəsi xalqa xidmət etməkdir. Təsadüfi deyil ki, biz bələdiyyə seçkilərinə “Xalqa xidmət naminə” şüarı ilə gedirik. Həmişə olduğu kimi, bu seçkilərdə də fəal olun və 23 dekabrda səsvermədə fəal iştirak edin”.
YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, professor Vilayət Əliyev yerli özünüidarəetmə orqanlarının demokratik cəmiyyətin əsas atributlarından biri olduğunu bildirib. Onun sözlərinə görə, ölkəmizdə yeni təsisatın olmasına baxmayaraq, bələdiyyələrə dair qanunvericilik bazası kifayət qədər mükəmməldir: “Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu öndər Heydər Əliyevdir və ölkəmiz Onun müəyyənləşdirdiyi siyasət nəticəsində inkişaf edir. Ulu öndərin qurucusu olduğu Yeni Azərbaycan Partiyası isə siyasi proseslərin önündə gedir”.
YAP-ın ölkədə ən güclü partiya olduğunu deyən V.Əliyev qeyd edib ki, partiyanın namizədləri bələdiyyələrdə təmsil olunmağa layiqli insanlardır: “Partiyamız bütün seçkilərdə uğur qazanır. Bunun səbəbi onun Ulu öndər Heydər Əliyevin ideyalarına əsaslanması və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdir. YAP ölkədə həyata keçirilən siyasətin ən fəal təbliğatçısı və iştirakçısıdır”.
Bələdiyyə seçkilərinin digər siyasi kampaniyalardan daha fərqli olduğunu deyən səlahiyyətli nümayəndənin sözlərinə görə, burada əsas amil yerlərdə insanlarla münasibətdə olan şəxslərin nüfuzu, şəxsi keyfiyyətləridir. Bələdiyyələrə seçilmiş şəxslər əlbəttə, yerli əhali ilə sıx münasibətlər qurmalı, problemlərin aradan qaldırılmasında böyük rol oynamalıdırlar. V.Əliyev bələdiyyə orqanlarının demokratik prinsiplərdən çıxış edərək daha məsuliyyətli fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08

